Previous Next
Bağla

“Rəqəmsal ekosistemin inkişafı üçün ən yaxşı vasitə mediadır”

18-08-2015 13:12
“Rəqəmsal ekosistemin inkişafı üçün ən yaxşı vasitə mediadır”

Ölkəmizdə bir neçə İnkubasiya Mərkəzi var ki, potensialı olan gənclərin  startap ekosistemində  uğurlu layihələr yaratmalarına yardım edib, dəstək  göstərirlər.  Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi də  Azərbaycanda sahibkarlığa dəstək verir, əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir.  Hazırda Barama-da bir çox sahələr üzrə  müxtəlif layihələr  həyata keçirilir.

Barama-nın hazırki fəaliyyəti və gələcək istiqamətləri barədə Mərkəzin rəhbəri İmran Bağırov Xeberler.az-a məlumat verib.

İmran Bağırov bildirib  ki,  Mərkəzin əsas məqsədi Azərbaycanda rəqəmsal eksosistemin inkişafında katalizator rolu oynamaqdır. Onun sözlərinə görə, bununla bağlı  digər İnkubasiya Mərkəzləri və Texnoparklarla   əməkdaşlıq edirlər:

“Əsas məqsədlərimizdən biri Azərbaycandilli məzmunun inkişaf etdirilməsidir. Eyni zamanda müəyyən texnoloji yeniliklərin üzə çıxardılmasına,  onların qlobal bazarda iştirakını təmin etməyə çalışırıq.  Bu sahədə bizim startapların   rəqibləri dünyadadır.Bizim bazarın kiçik olmasına baxmayaraq çox potensiallı gənclər və inkişafları üçün lazımı alətlər mövcuddur. Gələcəyin Google , Facebook-u  yerli bazarda yaranacaq, amma qlobalda  mübarizə aparacaq. Bu fəaliyyətimizdə ölkədəki digər texnoloji mərkəzləri rəqib hesab etmirik. Daha çox bu qurumlarla əməkdaşlıq etməyə meyilliyik. Çünki qlobal bazara dayanıqlı layihələrin çıxmasına nail olmaq bir nəfərin işi deyil. Məqsədimizə yalnız qarşılıqlı əməkdaşlıq, digər əlaqədar qurumlarla işbirliyi ilə çata bilərik.

Mərkəz rəhbəri qeyd edib ki, ölkəmizdə  rəqəmsal   ekosistemi inkişaf etdirmək üçün əsas potensial universitetlərdədir. Potensiallı gənclər və kreativ baxışlar məhz buradadır. İmran Bağırov bununla bağlı bank sektoru və universitetlərlə əməkdaşlıq etdiklərini  vurğulayıb:

“Bank sektorunda  Barama bir müddətdir ki, uğurlu əməkdaşlıqlara başlayıb. Həmçinin ölkədə təhsil sektoru  ilə  birgə fəaliyyət göstəririk. Universitetlərlə görüşürük, tələbələrlə tanış oluruq. Onlarda yüksək potensial görürük, bu bacarıqları  üzə çıxarmaq lazımdır”.

Mərkəz rəhbəri deyib ki, son vaxtlar  media ilə çalışmağı prioritet istiqamət seçiblər. Onun sözlərinə görə, media bu sahənin populyarlaşdırılması üçün əsas vasitədir:

“Startap ekosistemini ölkəmizdə inkişaf etdirmək üçün üç istiqamətdə  fəaliyyətlərə ehtiyac var. Mərkəzimiz bu istiqamətləri proritet götürüb. Öncə startaplar yaratmalıyıq,  uğurlu ola biləcək layihələri seçməliyik. Daha sonra investor sahəsini inkişaf etdirmək və sonda isə bu işlərin nəticəsinə uyğun olaraq  ekosistemin infrastruktrunun yaradılmasını təmin etməyi düşünürük. Bu fəaliyyətdə əsas yardımçı qüvvə mediadır. Azərbaycan KİV-ləri  startap ekosistemini populyarlaşdıra bilər. Ən önəmli olan  keyfiyyətli startapların meydana çıxması və  onların sayıdır.  Bu baxımdan media istiqamətində  çox işlər görülməlidir”.

İmran Bağırov  qeyd edib ki, dünyada innovasiya cəhdlərinin uğurluluq dərəcəsi  statistik olaraq 4 faizdir O hesab edir ki, layihələrin sayı nə qədər çox olsa, bu ekosistem üçün uğurlu layihələr yaratmaq bir o qədər  asan olar:

“Düzdür, illər əvvəllə baxanda  bu gün Azərbaycanda İKT  sahəsi  çox inkişaf edib.   Amma hazırda dünya ilə rəqabətə baxınca, ekosistemin inkişafı ilə bağlı daha da çox iş görməliyik.  Əsasən tələbələri bu sahəyə yönlədirməyə çalışırıq. Məsələn, hazırda Azərbaycanda startap eksosistemində mövcud layihələrin sayı yetərli deyil deyə hesab edirəm. Misal üçün, hazırda universitet tələbələrinin sayını 150 mindən çox olduğunu nəzər alsaq və onların 1 faizi rəqəmsal ekosistemin parçası olacaq hər hansı bir startap üzərində çalışsa bu artıq 1500 layihə deməkdir. Bu sayda layihə artıq həm Azərbaycan , həm də dünya səviyyəsində çox rəqabətə davamlı, yeni əsrin Google və Facebookları deməkdir. Bu gün İnkubasiya Mərkəzlərində olan layihələrin bir qismi eyni layihələrdi. Bu baxımdan  startap sahəsi ilə bağlı hər birimizin üzərinə  çox iş düşür ki, yetişdirilən layihələrin həm sayı həm də keyfiyyəti yüksək olsun.”

İmran Bağırov  tələbələrin univeristetdə təhsil aldıqları zaman bu istiqamətdə çalışmaları üçün həm yetərli zamana və həm də imkanlara sahib olmalarına baxmayaraq bundan yetərincə faydalanmalı olduqlarını diqqətə gətirib:

“Startap yaratmaq istəyən  gənclər bəzən elə hesab edirlər ki, layihə ilə Barama-ya gələndə onlara ilk başdan maliyyə ayrılacaq. Amma biz həmişə deyirik ki, ideyanın ideya mərhələsindəki dəyəri sıfırdır. İstənilən adam gün ərzində çoxlu ideya fikirləşə bilər amma, bu ideya o zaman investisiya cəlb edə bilir ki bu mövzuda ilkin addımlar atılsın, onun prototipi hazırlansın, əl ilə tutula biləcək, effekti görunə bilinəcək məhsul halına gətirilə bilinsin. Buna görə tələbələr elə univeristet zamanından bu istiqamətdə çalışmağa başlamalıdırlar. Dünyada bu,  belədir. Startapların məhz böyük qismi məhz universitet vaxtı başlayır və daha sonralar uğur qazana bilirlər. Belə ki, bu zaman tələbələrin daha çox vaxtları olur və maddi öhdəlikləri olmur. Startap bazarına daxil olmaq üçün ən uyğun vaxt   təhsil aldıqları zamanlardır”.

İmran Bağırov Barama-da  çalışan layihələrdən də danışıb:

“Barama-nın idarəetməsində mən və iki layihə rəhbəri var. Əvvəllər Azercell adından biləvasitə  layihələr aparmırdıq. Amma indi bir nəfər ayırıca strateji partnyorluq istiqaməti üzrə (strategic adjacencies) üzrə layihələr aparır.Barama-ya yeni startap layihələri  də cəlb etmişik. Bu gün Mərkəzdə müxtəlif sahələr üzrə 20 dən çox layihə var. Bu layihələr hazırda  müxtəlif inkişaf mərhələdədirlər. Barama-da çalışanların əksəriyyəti univeristet tələbələridir.  Elə vaxt olur ki, gənclər səhərə qədər layihələri üzərində işləyirlər.  Onlar 24 saat davamlı layihələri üzərində çalışırlar və  Mərkəz onların həyatının bir hissəsi olub.  Bundan sonra da potensiallı layihələri Barama-ya cəlb etməyə çalışacağıq. Potensial gördüyümüz bütün layihələrə dəstək verməyə hazırıq”.

 

Məltəm Talıbzadə

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Barama Regional Sahibkarlıq Konfransı baş tutub

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018
Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015
Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

28-08-2018
İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018
“Startap layihələrin dünya bazarına çıxmasına dəstək  verəcəyik”

“Startap layihələrin dünya bazarına çıxmasına dəstək verəcəyik”

10-10-2015
Startapçı həyatından bir gün

Startapçı həyatından bir gün

12-10-2018
Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019
Azercell-dən sahibkar xanımlara dəstək

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019
Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018
Barama Graduation Ceremony tədbiri baş tutub

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018
Xarici startapları ölkəyə gətirək, yoxsa yerli startapları dəstəkləyək?-Müzakirə

Xarici startapları ölkəyə gətirək, yoxsa yerli startapları dəstəkləyək?-Müzakirə

10-10-2016
“Barama İnkubasiya 2021” proqramı davam edir

“Barama İnkubasiya 2021” proqramı davam edir

09-03-2021
Barama yerli startaplara dəstəyi artırır

Barama yerli startaplara dəstəyi artırır

26-02-2016
Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018
İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

21-11-2019
Azercellin departament rəhbəri işdən ayrılıb

Azercellin departament rəhbəri işdən ayrılıb

09-07-2019
Nəhəng xarici İT şirkətləri Azərbaycana cəlb olunacaq

Nəhəng xarici İT şirkətləri Azərbaycana cəlb olunacaq

03-11-2016
Barama Media Mərkəzi istifadəyə verildi-Foto

Barama Media Mərkəzi istifadəyə verildi-Foto

28-03-2017
Startapımız  beynəlxalq müsabiqənin finalında- Foto

Startapımız beynəlxalq müsabiqənin finalında- Foto

16-03-2016
Seedstars World növbəti dəfə Bakıya gəlir- 1 milyon qazanmaq imkanı

Seedstars World növbəti dəfə Bakıya gəlir- 1 milyon qazanmaq imkanı

21-04-2017
Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

13-08-2018
Azercell-dən ADNSU  tələbələrinə əməkdaşlıq imkanı

Azercell-dən ADNSU tələbələrinə əməkdaşlıq imkanı

05-04-2016
Azercell Gələcəyi qur layihəsində məktəblilərə dəstək oldu

Azercell Gələcəyi qur layihəsində məktəblilərə dəstək oldu

06-10-2018
Startaplar üçün 500 min dollar qazanmaq imkanı- Müsabiqə

Startaplar üçün 500 min dollar qazanmaq imkanı- Müsabiqə

08-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə