Previous Next
Bağla

“Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda konfrans keçirilib

25-02-2023 23:33
“Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda konfrans keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə “Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda konfrans keçirilib.

Xeberler.az AZƏRTAC-a istinadən məlumat verir ki, konfransın açılışını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı edib.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Rəqəmsal İdarəetmə Platforması və yeni innovativ sistemlər” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, Komissiyanın yeni Rəqəmsal İdarəetmə Platforması müasir çağırışlara adekvat ekosistemin yaradılması məqsədilə maraqlı tərəflərin aktiv və koordinasiyalı iştirakı ilə inklüzivliyin və vahid sinerjinin yaradılmasını, müxtəlif kommunikasiya kanallarının vahid rəqəmsal platforma ilə əvəz olunmasını, potensial islahat sahələrinin analitik innovativ alətlər vasitəsilə avtomatik müəyyən edilməsini təmin edəcək. Rəqəmsal İdarəetmə Platforması, həmçinin Komissiyanın fəaliyyətinin səmərəliliyini, çevikliyini və proseslərin şəffaflığını daha da artırmağa imkan verəcək.

Konfrans zamanı digər yeni innovativ alət kimi “E-iştirakçılıq Platforması” da təqdim olunub. Qanunvericilik təşəbbüslərində elektron iştirakı təmin edəcək yeni platforma Komissiyanın işçi qrupları ilə interaktiv əlaqənin yaradılmasını, biznes sahələri üzrə hazırlanan layihələrə elektron platforma üzərindən münasibət bildirilməsini mümkün edəcək.

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, “Beynəlxalq ticarət” işçi qrupunun rəhbəri Elnur Əliyev “Xarici ticarət fəaliyyətində rəsmiləşdirmənin təkmilləşdirilməsi: Malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı islahatlar” mövzusunda çıxış zamanı ən son islahatlar barədə ətraflı məlumat verib. Bildirib ki, son dəyişikliklərə əsasən, gömrük dəyərinin müəyyən edilməsinin sadə və ədalətli meyarlara əsaslanmalı olduğu və dəyərin müəyyən edilməsi prosedurlarının malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməsi prinsipi təsbit olunur. Bu sahədə ən son islahatlar nəticəsində gömrük dəyərləndirilməsi prosesində gömrük-sahibkar kommunikasiyasının yazılı forma ilə yanaşı, elektron formada aparılması imkanı təmin edilir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi” mövzusunda təqdimatında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində yaradılan xüsusi altqrupun fəaliyyəti, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi üzrə görülən işlər və əldə olunan nailiyyətlərdən danışıb. O, bu sahədə aparılan islahatlar nəticəsində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrinin ölkəyə idxalında əhəmiyyətli artımın olduğunu, bu sahədə maliyyə əlçatanlığının təmin olunduğunu və elektrik doldurma məntəqələri ilə bağlı interaktiv xəritənin yaradıldığını qeyd edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, “Biznesə daxilolma” işçi qrupunun rəhbəri Samirə Musayeva isə “Dünya Bankı Qrupunun Əlverişli Biznes Mühiti layihəsi ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda təqdimatda hökumətlər, vətəndaş cəmiyyəti (özəl sektor daxil olmaqla) və digər beynəlxalq təşkilatlar üçün bilik mübadiləsi və siyasət dialoqu məqsədilə iqtisadi islahatları təşviq etmək məqsədilə icra olunacaq yeni layihənin konseptual əsaslarını göstərib. Həmçinin yeni layihə ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun rəhbərinin müavini, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova “Daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı ilə bağlı islahat” mövzusundakı təqdimatda daşınmaz əmlakın alqı-satqısı, bağışlanılması, dəyişdirilməsi və vərəsəlik hüququ sahələrində “Bir pəncərə” prinsipinin tətbiqi üzrə ən son islahatlar haqqında məlumat verib. Vurğulayıb ki, bu sahədə prosedurların sayı 4-dən 1-ə, sərf olunan vaxt isə 7 gündən 1 günə endirilib.

Konfransda “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) təşəbbüsü üzrə Strateji Baxış” mövzusunda təqdimatı Komissiyanın “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə” altqrupun üzvü İlahə Əmirbəyova edib. O, ölkəmizdə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi sahəsində qarşıdakı dövrdə görüləcək işlər barədə məlumat verib. Bildirib ki, bu sahədə Konseptual yanaşma təqdim edilib. Hazırlanan xüsusi yol xəritəsi isə 5 mühüm istiqaməti əhatə etməklə ESG üzrə resurs potensialının inkişafı, məlumatlılığın artırılması, ESG prinsiplərinin tətbiqinə hazırlıq və tətbiqin təşviqi, ESG ilə bağlı hesabatlılıq istiqamətlərində kompleks tədbirlərin görülməsini özündə ehtiva edir.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib

20-09-2024

ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı keçiriləcək

16-09-2024

“Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüş keçirilib

25-10-2024

İİTKM yeni internet portalını təqdim edib

05-04-2019

Eelektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

29-05-2019

Biznes sahəsi üzrə ikinci yarımillik üçün planlar hazırlanıb

18-07-2019

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

28-01-2025

ESG üzrə vahid platformanın təqdimatı ilə bağlı konfrans keçirilir

06-11-2024

2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

10-10-2022

RİNN-in rəhbərlik etdiyi Altqrupun görüşü baş tutub

22-02-2025

İİTKM-in KOBİA-da təqdimatı baş tutub

12-09-2019

Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki mövqeyi ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib

20-05-2026

“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib

25-07-2024

“Ticarət informasiya portalı” gələn ildın tam fəaliyyətə başlayacaq

27-12-2024

Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

20-02-2019

Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

11-10-2023

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər

24-09-2024

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

23-10-2024

“Rəqəmsal Hökumətin İnkişafı” işçi qrupunun ilk iclası keçirilib

18-12-2024

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

“Qlobal İnnovasiya İndeksi 2024”də “Fiziki infrastruktur”la bağlı göstəricilər müzakirə olunub

02-10-2024

“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

30-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə