Previous Next
Bağla

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans başa çatıb

28-04-2021 19:00
“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans başa çatıb

28 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə rəqəmsal formatda keçirilən “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) mövzusunda beynəlxalq konfransa yekun vurulub. 

Xeberler.az bildirir ki, eynəlxalq konfrans dünya şöhrətli alim Lütfi Zadənin əziz xatirəsinə həsr olunub.

3 gün davam edən və 22 ölkədən 58 spikerin qatıldığı konfrans PAŞA Holdinq, Azərbaycan Beynəlxalq Bankı, “BestComp” və bp şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Tədbirin sonuncu günündə Ümumdünya Səhiyyə Təşkilatında milli ekspert Tural Qulunun moderatorluğu ilə keçirilən ilk panel müzakirələrində Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin Məlumat, Ölçmə və Analitika bölməsinin rəhbəri Devid N. Ortiz, “Microsoft”un Orta və Şərqi Avropa Səhiyyə Sənayesi Sektorunun direktoru Ruti Kaydar, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı, “Ufonia”nın icraçı direktoru və təsisçisi Nik De Penninqton, “Open Health Network”un icraçı direktoru və təsisçisi Tatyana Kanzaveli “Səhiyyənin süni intellektlə transformasiyası” mövzusu haqqında öz fikirlərini bölüşüblər. 

İkinci panel müzakirələrində Elektron Hökumətin İnkişafı Mərkəzi direktorunun süni intellekt üzrə müşaviri Günay Kazımzadənin moderatorluğu ilə Süni İntellekt və Etika İnstitutunun direktoru Kristof Lütge, bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə və Yaxın Şərq ölkələri üzrə texnoloji əməliyyatlar portfoliolarının rəhbəri Nizami Mansirov, “Open Ehtics”in təsisçisi Nikita Lukianets, “AIethicist.org”un təsisçisi Merve Hickok “Süni intellekt və cəmiyyət” mövzusu ətrafında geniş müzakirələr aparıblar. 

Konfransın sonuncu günündə “Futuracy” şirkətinin təsisçisi və icraçı direktoru, yeni nəsil texnologiyalar üzrə dünyaca məşhur futurist Yan Xan süni intellektin gələcəyi və insan həyatını necə dəyişəcəyi mövzusunda danışıb. 

 “Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq konfransı çərçivəsində təşkil olunan data yarışmasına da yekun vurulub. Data yarışmasının məqsədi bu sahədə Azərbaycanda olan mütəxəssislərin aşkar edilməsi, onlarla gələcəkdə əməkdaşlığın qurulması və gələcəkdə yeni layihələr həyata keçirilməsidir. Azərbaycanda ilk dəfə “Kaggle” platforması üzərindən təşkil olunan yarışmaya 185 komanda qatılıb. Yarışmanın baş tutacağı “Kaggle” platforması data elmi və maşın öyrənmə sahəsindəki həvəskar və peşəkarların onlayn cəmiyyətidir. 5 milyondan çox istifadəçi ilə 194 ölkəni əhatə edən bu platforma vasitəsilə müxtəlif fəaliyyət sahələrindən iri miqyaslı və böyük təsir dairəsinə malik data əsaslı məsələlər komanda və ya fərdi şəkildə iştirak edən yarışmaçılar tərəfindən həll edilməyə çalışılır. Data yarışmasının 1-ci, 2-ci və 3-cü yer üzrə qalib komandaları müəyyən olunaraq mükafatlandırılacaq. 

“AIFORDIGIGOV” beynəlxalq konfransının əsas məqsədi rəqəmsal idarəetmədə Azərbaycanda süni intellekt əsaslı texnologiyaların tətbiqinin sürətləndirilməsi, dünya ölkələri təcrübələri ilə tanışlıq, bu istiqamətdə yeni çağırışlar və gələcəyə baxışların müəyyən olunması, süni intellekt ekosistemi haqqında cəmiyyətin maarifləndirilməsi, ölkədə bu sahəyə  olan marağın artırılması, təşviq edilməsi, gələcək nəsillərə ixtisas seçimində mesajların ötürülməsidir. 

Konfrans haqqında daha ətraflı məlumatı tədbirin rəsmi interneti səhifəsi https://ai4digigov.com/ -dan əldə etmək mümkündür. 

Konfransın texniki tərəfdaşı  “Caspian Event Organisers” şirkətidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək

16-04-2021

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans davam edir

27-04-2021

“Rəqəmsal idarəetmədə süni intellekt” data yarışmasının qalibləri seçilib

03-05-2021

"SOCGOV 2025" beynəlxalq konfransı başa çatıb

24-10-2025

Süni intellekt sahəsində beynəlxalq konfrans təşkil olunacaq

08-04-2021

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026

"Süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclas keçirilib

14-03-2026

Ümumdünya İnternet konfransı keçirilir

04-12-2017

4SİM-in icraçı direktoru “Innovation 2025” konfransında iştirak edib

02-04-2025

“Kiber Təhsil Konfransı” keçirilib

27-08-2025

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025

Bakıda “SOCGOV 2025” beynəlxalq konfransı keçirilir

24-10-2025

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026

Süni intellekt üzrə Milli Strategiya üçün Yol Xəritəsi tərtib edilib

26-01-2023

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

09-12-2025

“İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” konfransı keçiriləcək

01-12-2025

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025

ÜƏMT: Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, reallıqdır

09-12-2025

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18-10-2024

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib

30-09-2025

“Süni intellekt və beynəlxalq hüquq” konfransı keçirilib

04-12-2025

Rəqəmsal iqtisadiyyata həsr olunan konfransın Bəyannaməsi qəbul edilib

15-02-2020

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı olub

04-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə