Previous Next
Bağla

“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

11-08-2025 18:02
“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən rəqəmsal texnologiyaların sürətli inkişafı və Dördüncü Sənaye İnqilabının (Sənaye 4.0) çağırışları fonunda “Sənaye 4.0 Hazırlıq” Proqramı həyata keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə reallaşdırılan proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqinə dəstək göstərməklə onların rəqabət qabiliyyətini artırmaq, bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir.

Xeberler.az məlumat verir ki, proqram çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji hazırlıq səviyyəsi qiymətləndirilir, daha sonra müəssisələrin spesifik ehtiyaclarına uyğun texnoloji transformasiya üzrə yol xəritələri hazırlanır. Yol xəritələrinin icrası zamanı müəssisələrə maliyyə və peşəkar ekspert dəstəyi göstərilir.

Sənaye 4.0 transformasiyası müəssisələrə mühəndis və əməliyyat xərclərinin optimallaşdırılması, məhsuldarlığın artması, istehsal keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması kimi üstünlüklər verir. Bu üstünlüklər müəssisələrin daha çevik, rəqabətqabiliyyətli və davamlı fəaliyyət göstərməsinə imkan yaradır.

Proqram çərçivəsində 4SİM tərəfindən şirkətlər üçün texnoloji transformasiyaya dair qısamüddətli, intensiv təlim (“bootcamp”) keçirilib.

2024-cü ildə “Sənaye 4.0 Hazırlıq” Proqramının pilot mərhələsi çərçivəsində artıq “Metak”, “Azerfloat” və “STP Global Cable” şirkətlərinin rəqəmsal transformasiya prosesinə dəstək göstərilib.

İstehsalat, mədənçilik, tikinti, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər proqramda iştirak edə bilərlər. Bunun üçün fiziki və hüquqi şəxslər “industry4.az” platformasında qeydiyyatdan keçməlidirlər. Proqramda iştirak ödənişsizdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

25-09-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

15-10-2025

Bu il 15 müəssisə “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulub

21-11-2025

“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

24-07-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

21-10-2025

“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

17-07-2025

4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

05-02-2026

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

14-11-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

28-11-2025

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

4SIM 2030-cu ilədək 650 müəssisənin rəqəmsal transformasiyasını həyata keçirməyi planlaşdırır

05-03-2025

4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

27-10-2025

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026

Rəqəmsal iqtisadiyyata töhfə verəcək superkompüter infrastrukturu yaradılacaq

11-07-2025

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025

Azərbaycanda 4.0 Sənaye Mərkəzi yaradılacaq

05-03-2025

4SİM Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

12-02-2025

4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

09-10-2024

4SİM: Azərbaycanda “Sənaye 4.0” təhsil mərkəzi yaradılacaq

23-09-2025

4SİM-in Müşahidə Şurasının iclası keçirilib

23-09-2024

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025

4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

05-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə