Previous Next
Bağla

“SpaceX” Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək

09-05-2023 14:34
“SpaceX” Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək

ABŞ-nin “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək.

Xeberler.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan "SpaceX”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) deyib.

Onun sözlərinə görə, bu konqresin 50 illik yubileyinin Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir:

“Mən Bakıda olmaqdan çox məmnunam. Bu, Azərbaycana ilk səfərimdir. Oktyabr ayında "SpaceX"in də dəstəkləyəcəyi Beynəlxalq Astronavtika Konqresinə qayıtmağı səbirsizliklə gözləyirəm. Konqresə son ev sahibliyi etməyinizdən 50 il sonra, yubileydə bunu edə bilmək çox gözəldir”.

Qeyd edək ki, bu gün Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") ilə “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "Azərkosmos" və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.

Xatırladaq ki, bu il oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə 75-dən çox ölkədən yüksək ixtisaslı mütəxəssislərin qatılması gözlənir. Konqresdə iştirak etmək üçün 95 ölkədən 3 532 elmi məqalə göndərilib. Bununla Bakı konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.

Bu il Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həddə - 214-dür. Bu göstərici ilə ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda ilk dəfə "Kosmik Nəsil Konqresi" keçiriləcək

27-04-2023

"Azərkosmos": "Bakı Konqresinə biletlərin qiyməti ilə bağlı məsələyə müdaxilə edə bilmirik"

14-09-2023

Beynəlxalq Astronavtika Konqresinə rekord sayda elmi iş təqdim olunub

16-03-2023

“SpaceX”ın prezidenti: “Starlink” internet xidməti Azərbaycanda korporativ sektorda və dənizdə dəstəklənəcək”

09-05-2023

Rəna Cəfərova: "Bakıya 20-dən çox astronavtın səfəri planlaşdırılıb"

14-09-2023

Beynəlxalq Astronavtika Konqresinə Azərbaycan komandası 630 elmi məqalə təqdim edib

11-04-2025

“SpaceX”in peykləri Azərbaycanda internet təchizatı həyata keçirə biləcək

09-05-2023

Azərbaycanın yeni peykləri orbitə “Falcon” raketləri ilə buraxıla bilər

09-05-2023

2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

20-10-2024

Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi sponsor sayına görə rekord həddə çatıb

04-09-2023

“Starlink” peyk xidmətlərinin Azərbaycanda nə vaxt aktivləşəcəyi məlum olub

18-05-2023

Beynəlxalq Astronavtika Konqresində iştiraka dair 50-dən çox təşkilatla müqavilə imzalanıb

25-06-2023

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021

Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

17-09-2021

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək

07-10-2024

"SpaceX" ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?-RƏY

09-05-2023

Dünya milyarderləri Bakıya gələcəkmi?

30-10-2019

“Starlink"in Azərbaycan üçün öncədən sifariş qiyməti açıqlanıb

15-05-2023

Beynəlxalq Astronavtika Konqresinə xaricdən 6 minə yaxın şəxs gələ bilər

05-12-2022

Beynəlxalq Astronavtika Konqresi Nazirlər və parlament üzvləri üçün iclas keçirilib

01-10-2023

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023

74-cü Beynəlxalq Astronavtika Konqresinin bağlanış mərasimi keçirilib

06-10-2023

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub

02-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə