Previous Next
Bağla

“Startaplara dövlət dəstəyi güclənəcək”

14-10-2015 14:45
“Startaplara dövlət dəstəyi güclənəcək”

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Budapeştdə keçirilən "ITU Telecom World 2015” sərgi- konfransında iştirak edən yerli startap komandalarımızın üzvləri Rəşid Əliyev, Arif Mövsümzadə, Fidan Rüstəmova və Cavid  Quliyev ilə fərdi görüşüb.

Xeberler.az-ın məlumatına görə, Əli Abbasov startap layihələrinin nümayəndələri ilə maliyyə və hüquqi dəstəklə, patent məsələləri ilə bağlı söhbət edib.

Layihə rəhbərləri fəaliyyətləri barədə nazirə məlumat verib. Onlar həmçinin layihələri ilə bağlı qarşılaşdıqları problemlərdən də danışıblar.

“Startap Azərbaycan”  layihəsinin kordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yerli startapların, xüsusilə də artıq müəyyən inkişaf səviyyəsinə gəlib çatan, müəyyən uğurları olan yerli startaplara dövlət dəstəyinin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, hazırda sərgidə Azərbaycandan BethClip və Braille Pad , Spinal, WeTravel layihəsinin nümayəndləri təmsil olunur.

Nazir startapçılara bildirib ki, onların layihələrinə, həmçinin də müəyyən uğurlar qazanan layihələrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi artırılacaq.

Nazir qeyd edib ki, böyük investisiyaya iddialı olan layihələr Fondun Müşahidə Şurasında öz layihələrinin təqdimatını keçirə biləcəklər.

Əli Abbasov həmçinin özəl sərmayələri də İKT sahəsinə cəlb etmək, yerli investorların maraqlarını artırmaq üçün İnvestorlar Klubu yaradılacağını bildirib.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı startapçılar beynəlxalq sərgidə- Fotolar

12-10-2015

Startaplara ayrılan qrantların məbləği artacaq

03-07-2015

Azərbaycan ITU Telecom World 2015-də təmsil olunacaq

17-08-2015

Nazirin və maraqlı tərəflərin iştirakı ilə startap mühitinin inkişafı müzakirə olundu

03-07-2015

Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

03-07-2015

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015

Əli Abbasov beynəlxalq İKT konfransında çıxış edir- Yenilənib

13-10-2015

“ITU Telecom World 2015” sərgisi başa çatdı - Fotolar

16-10-2015

Startaplara ayrılan qrantın məbləği artacaq

17-08-2015

Azərbaycan İT sahəsində İnvestorlar Klubu yaradılır

02-05-2017

Startap Azərbaycan komandası Əli Abbasovla görüşəcək

01-07-2015

“ITU Telecom World 2015”-də Azərbaycan şirkətlərinin stendləri -Fotolar

12-10-2015

Startap Azərbaycan komandası Dövlət Fondunun rəhbərliyi ilə görüşəcək

29-05-2015

5G sistemləri sahəsinə diqqət artırılacaq

19-10-2015

Startap Azərbaycan komandası nazir Əli Abbasovla görüşəcək

20-06-2015

Startapların inkişafı ilə bağlı hökumətə təqdim ediləcək təkliflər paketi yekunlaşır

07-08-2015

Nazir “Microsoft Imagine Cup 2015”-in qaliblərini mükafatlandırdı

07-08-2015

Nazirlə görüşdə startaplarla bağlı hansı təkliflər irəli sürülüb?

06-07-2015

Startap Azərbaycan komandasının Fond rəhbərliyi ilə görüşünün vaxtı açıqlandı

02-06-2015

Startap layihəmizə böyük miqdarda yatırım edilə bilər

15-10-2015

Startap layihəmiz Gürcüstanda investorlara təqdim edilib

25-05-2016

İKT sahəsində İnvestorlar Klubu yaradılıb

01-10-2018

Xarici İT şirkətlər layihələrimizə maraq göstərir

14-10-2015

Əli Abbasov bir neçə ölkənin rabitə naziri ilə görüşdü

14-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə