Previous Next
Bağla

“Süni intellekt orta təbəqəni iş yerlərindən məhrum edəcək”

13-12-2016 12:42
“Süni intellekt orta təbəqəni iş yerlərindən məhrum edəcək”

Süni intellekt və avtomatlaşdırma ciddi siyasi, iqtisadi və sosial dəyişikliklərə gətirib çıxaracaq.

Xeberler.az İnformasiya Texnologiyaları İnstitutunun rəsmi saytına istinadən məlumat verir ki, bu haqda dünya şöhrətli fizik Stiven Hokinq The Guardian jurnalına müsahibəsində bildirib.

O, qeyd edib ki, hazırda zavod və fabriklərin avtomatlaşdırılması iş yerlərinin azalmasına və ənənəvi istehsaldan imtinaya səbəb olur. Süni intellektin inkişafı bu tempi artıraraq işçi təbəqəyə ciddi təsir edəcək. Yalnız məsələlərin həllinə yaradıcı yanaşma və işə nəzarət tələb edən peşə sahiblərinə ehtiyac olacaq.

Hokinq təcavüzkar texnologiyanın inteqrasiyası və yaxın onilliklərdə insanların iş qüvvəsinə mənfi təsir edə biləcək nəticələrə görə narahatlıq keçirən bir çox ekspertlə həmfikirdir:

“Əsas qorxulu məqam ondan ibarətdir ki, süni intellektin istehsalatda tətbiqi nəticəsində istehsalın effektivliyinin artmasına baxmayaraq, adi insanlar işsiz qalacaq, çünki onların iş yerlərini ağıllı maşınlar tutacaq”.

Alimin sözlərinə görə, texnologiya artıq istehsalın ənənəvi metodlarını dəyişərək və orta təbəqənin insanları üçün iş yerlərini əhəmiyyətli dərəcədə ixtisar edərək işçi qüvvəsinin həcmini azaldıb.

Yaxın gələcəkdə bu tendensiya öz pik həddinə çatacaq.

Cari ilin fevralında Oksford Universitetinin dəstəyilə Citibank şirkəti tərəfindən dərc edilmiş hesabata əsasən, ABŞ-da 47 faiz, Böyük Britaniyada isə 35 faiz iş yeri avtomatlaşdırma təhlükəsi altındadır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr üçün bu göstərici orta hesabla 57 faiz təşkil edəcək. Çində isə təxminən 77 faiz cari iş yeri avtomatlaşdırmaya məruz qalacaq.

Hokinqin fikrincə, avtomatlaşdırma sonda dünyada artan iqtisadi bərabərsizliyə gətirib çıxaracaq. İnternet və ondan istifadə edən platformalar kiçik qrup insanlara çox sayda əməkdaşı işə götürmədən milyonlarla gəlir əldə etməyə imkan verəcək. Bu, qaçılmaz inkişafdır, lakin bu, həmçinin sosial destruktiv yanaşmadır.

“Biz əhalinin artımı, iqlim dəyişiklikləri, xəstəliklər və s. kimi qlobal problemlərlə yanaşı, bəşəriyyətin inkişafının ən təhlükəli dövründə yaşayırıq. Bütün bu problemlərin öhdəsindən gəlmək üçün insanlar birləşməlidir”, – deyə Hokinq bildirib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Süni intellekt 2,3 milyon yeni iş yeri yaradacaq

Süni intellekt 2,3 milyon yeni iş yeri yaradacaq

20-12-2017
11 il ərzində robotlar 20 milyon nəfəri işsiz qoyacaq

11 il ərzində robotlar 20 milyon nəfəri işsiz qoyacaq

27-06-2019
Süni intellekt insanı bir çox sahələrdə üstələyəcək

Süni intellekt insanı bir çox sahələrdə üstələyəcək

05-06-2017
BMT: Dünyada əhalinin 60 faizi süni intellektə məşğulluq kimi baxır

BMT: Dünyada əhalinin 60 faizi süni intellektə məşğulluq kimi baxır

07-05-2025
“Bəşəriyyət Yerdən kənarda sığınacaq tapmalıdır”

“Bəşəriyyət Yerdən kənarda sığınacaq tapmalıdır”

28-04-2015
Dünyada əməkçi miqrantların pulköçürmələrinin artımı zəifləyəcək

Dünyada əməkçi miqrantların pulköçürmələrinin artımı zəifləyəcək

15-04-2015
Əli Abbasov: “2010-cu ildə Azərbaycanda İKT sektorunda gəlirlərin artım tempi 30 faiz təşkil edəcək”

Əli Abbasov: “2010-cu ildə Azərbaycanda İKT sektorunda gəlirlərin artım tempi 30 faiz təşkil edəcək”

08-12-2010
Süni intellekt ağır cinayətlərin sayı azaldıb

Süni intellekt ağır cinayətlərin sayı azaldıb

08-08-2017
“HP” 6 minədək iş yerini ixtisar edəcək

“HP” 6 minədək iş yerini ixtisar edəcək

26-11-2025
Süni intellektə qoyulan sərmayələr 1,48 trilyon dollara çatacaq

Süni intellektə qoyulan sərmayələr 1,48 trilyon dollara çatacaq

30-10-2025
İş prosesinin avtomatlaşdırılması ştatı azaldılacaq

İş prosesinin avtomatlaşdırılması ştatı azaldılacaq

19-10-2015
Süni intellekt Almaniyanın internet sənayesini stimullaşdırır

Süni intellekt Almaniyanın internet sənayesini stimullaşdırır

30-09-2025
Robotlaşdırma dünya ölkələrinə necə təsir edəcək?

Robotlaşdırma dünya ölkələrinə necə təsir edəcək?

01-06-2017
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq

Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq

18-06-2026
12 yaşlı qız IQ testdə dahiləri geridə qoyub

12 yaşlı qız IQ testdə dahiləri geridə qoyub

10-05-2017
İT bazarında sürətli artım gözlənilir

İT bazarında sürətli artım gözlənilir

14-11-2017
Yeni texnologiyaların əmək bölgüsü

Yeni texnologiyaların əmək bölgüsü

18-12-2018
Süni intellekt İT sahəsinin 80 faizini təşkil edəcək

Süni intellekt İT sahəsinin 80 faizini təşkil edəcək

30-11-2016
Dördüncü sənaye inqilabı texnologiyaları bizə nə vəd edir?

Dördüncü sənaye inqilabı texnologiyaları bizə nə vəd edir?

02-12-2021
Süni intellekt sayəsində 800 min iş yeri bağlanıb

Süni intellekt sayəsində 800 min iş yeri bağlanıb

11-09-2017
“İnsanlar 4 saat işləyəcək”

“İnsanlar 4 saat işləyəcək”

23-06-2017
Süni intellekti necə nəzarətdə saxlamaq olar?

Süni intellekti necə nəzarətdə saxlamaq olar?

06-06-2016
İnsan və süni intellekt məhsulları arasında fərq qoyan sistem işə salınıb

İnsan və süni intellekt məhsulları arasında fərq qoyan sistem işə salınıb

17-07-2025
BƏT generativ süni intellektlə bağlı hesabat hazırlayıb

BƏT generativ süni intellektlə bağlı hesabat hazırlayıb

21-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə