Dördüncü sənaye inqilabı texnologiyaları bizə nə vəd edir?

02-12-2021 / 17:24

Bu gün biz yaşayış tərzimizi, iş həyatımızı, bir-birimizlə münasibətlərimizi kökündən dəyişdirəcək növbəti texnoloji inqilabın-dördüncü sənaye inqilabının astanasındayıq.

Süni intellekt, robototexnika, əşyaların interneti, 3D çap, 5G, kvant hesablamalar, blokçeyn və digər bir çox yeni texnologiyalar fiziki, bioloji və rəqəmsal aləmin bənzəri görülməmiş sürətlə birləşməsini və sərhədlərinin aradan qaldırılmasına səbəb olmaqdadır. Bu texnologiyalar iqtisadiyyat və cəmiyyətin inkişafı üçün böyük potensiala sahibdir. Süni intellekt, robototexnika kütləvi avtomatlaşdırmaya yol açaraq, məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına səbəb olması gözlənilir. 

Dördüncü sənaye inqilabının çoxlu sayda yeni iş yerləri yaradacağı məlumdur. Eyni zamanda, avtomatlaşdımanın əksər böyük iqtisadiyyatlarda insanların qocalması ilə yaranan işçi qıtlığın aradan qaldırılmasında da əhəmiyyətli rol ola biləcəyi müzakirə olunur. Almaniya Federal Əmək və Sosial Məsələlər Nazirliyi 2030-cu ildə əmək bazarı üçün bu yolu mümkün iki ssenarilərdən biri hesab edir.

Bu müsbət tendensiyalar ilə yanaşı, süni intellekt və robotların geniş tətbiqi ilə avtomatlaşdırmanın əmək bazarına dağıdıcı təsir edəcəyi cəmiyyətdə ciddi narahatlıq doğurur. Kütləvi işsizlik olacaqmı, iş yerlərini itirmiş insanlar yeni iş tapa biləcəklərmi və ya bu yeni işlər üçün mövcud bacarıqlar kifayət edəcəkmi? Bütün bu suallar cavab gözləyir.

Dördüncü sənaye inqilabının əməyin təbiətinə təsiri əvvəlki sənaye inqilablarından əhəmiyyətli dərəcədə fərqlənir. Süni intellekt, robototexnika, big data kimi texnologiyalar, avtomatlaşdırma əmək bazarına dağıdıcı təsir göstərir. Artıq bu proseslər görülməkdədir.

Dünya İqtisadi Forumunun 15 əsas inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar üzrə hesabatında (The future of jobs: Employment, skills, and workforce strategy for the fourth Industrial Revolution, 2016) avtomatlaşdırma və texnoloji inkişaf nəticəsində 2015-2020-ci illər arasında əmək bazarında əhəmiyyətli dəyişikliklər yaradaraq, 5,1 milyondan çox iş yerinin itirilməsinə səbəb ola biləcəyi qeyd olunur.

Amazon Go avtomatlaşdırılmış ərzaq mağazasında alıcıların hansı məhsulları aldığını izləyən kameralar və süni intellektin tətbiqi ilə kassirlər tamamilə aradan qaldırdı. Bütün bu proseslər artıq indidən ciddi narahatlıq yaradır. Dünayaca tanınmış məsləhətçi şirkət və qurumlar tərəfindən aparılan araşdırmalar bunu təsdiq edir.

Oksford tədqiqatçıları Carl Benedikt Frey və Michael A.Osborne avtomatlaşmanın ABŞ- da əmək bazarına təsirini öyrənmək üçün 702 peşənin analiz etmiş və növbəti 10-20 il ərzində bu iş yerlərinin 47%-nin avtomatlaşdırma riski altında olduğunu göstərmişlər.

McKinsey Global Institutunun dünya işçi qüvvəsinin 80% əhatə edən 46 ölkə üzrə hazırladığı hesabatına (A future that works: Automation, employment, and productivity, 2016) görə hazırki texnoloji səviyyədə iş yerlərinin cəmi 5%-dən azı tam olaraq avtomatlaşdırıla bilər.

Ancaq hər iş yeri ayrı-ayrı əməliyyatlardan ibarət olduğundan, bütün dünyada əməliyatların 50%-i indiki texnologiylar vasitəsilə avtomatlaşdırıla bilər. İş yerlərinin 60%-nin ən az 30%-i avtomatlaşdırıla bilən əməliyyatlardan ibarətdir. Bu əməliyyatlar dünya üzrə 1.2 milyard işçini və 1.4 trilyon əmək haqqını əhatə edir.

Bununla bərabər, Dördüncü sənaye İnqilabı texnologiyalarının yaratdığı bu dəyişikliklərin məşğulluğa dağıdıcı təsiri ilə razılaşmayan çoxlu sayda ekspertlər də vardır.  Bu ekspertlər Dördüncü Sənaye İnqilabının qısa müddətdə iş yerlərinin itirilməsinə səbəb olsa da, uzunmüddətli perspektivdə bu gün təsəvvür belə edə bilməyəcəyimiz çoxlu yeni iş yerləri də yaradacaqdır. Ancaq bu yeni iş yerləri daha qabaqcıl bacarıqlar tələb edəcəkdir. Çünki texnologiyaların sürətlə dəyişməsi və inkişafı mövcud bilik və bacarıqların “yararlılıq müddəti”n azaldır. Qiymətləndirmələr göstərir ki, texnologiya sahəsində universitetlərdə dördillik təhsilin birinci ili ərzində əldə edilən biliklərinin təqribən 50%-i məzun olduğu zaman köhnəlmiş olur. Dünya Iqtisadi Forumunun hesabatına görə (The Future of Jobs Report , 2016) hazırda ibtidai məktəbə gedən uşaqların 65%-i bu gün mövcud olmayan işlərdə işləyə bilər.

Bu tendensiyalar onu göstərir ki, köhnə karyera yolu- “öyrən-işlə-təqaüdə çıx” yerini “ömürboyu öyrənmə”yə verəcəkdir. Ekspertlər iş vaxtının 60%-ni işə, 40%-ni isə davamlı öyrənməyə sərf edilən bir iş rejiminə keçməyin vacibliyini dilə gətirirlər.

Artıq İnkişaf etmiş ölkələrdə əmək bazarı və siyasəti sosial təminat sahələrində qabaqlayıcı tədbirlərin hazırlanması üçün müzakirələr aparılır. Bu da təsadüfü deyil. İş yerlərinin süni intellekt tətbiqi ilə avtomatlaşdırılması, istehsalatda robotların kütləvi istifadəsi vergi, sosial sığorta, pensiya fondlarına ayırmalara ciddi təsir edəcəkdir.

Artıq robotların vergiyə cəlb olunması geniş müzakirə olunur. Robotların və insanların dəyər yaratmaqda eyni statusa malik olmaları, hətta robotların bir çox yerlərdə daha rəqabətədavamlı olduqları görüşü üstünlük təşkil edir.

2017-ci ci ildə Avropa Parlamenti robot vergisini də ehtiva edən robotlar haqqında qanun layihəsini səsverməyə çıxarmış, lakin bu qanun layihəsi indiki mərhələdə qəbul edilməmişdir. Microsoft-un qurucusu Bill Qeyts də robotlara verginin tətbiq edilməsini vacib sayır. O hesab edir ki, robotların köməyi ilə daha az insanın iştirakı ilə daha çox mal və xidmət yarada bilərik.

Göründüyü kimi Dördüncü sənaye inqilabı ilə bağlı suallar çoxdur. Bu sualllar texnoloji, təhsil, vergi, əmək və sosial sahələri əhatə edir. Bu səbəbdən dövlət və özəl sektordan tutmuş akademik və vətəndaş cəmiyyətinə qədər qlobal siyasətdə bütün maraqlı tərəflərin birgə fəaliyyətinə ehtiyac vardır.

Azərbaycanda da bu sahədə addımlar atılır. Artıq ölkəmizdə qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə  “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də iqtisadiyyatın texnoloji tutumluğunu artırılması, gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələrin verilməsi əsas məqsədlər sırasındadır. 

Süni intellekt, Big Data, əşyaların interneti və digər rəqəmsal texnologiyların geniş tətbiqininə əsaslanan “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) üçün ölkəmizdə konsepsiya hazırlanır.

Universitetlərdə Dördüncü sənaye inqilab texnogiyaları ilə əlaqəli “Süni intellekt”, “Robotlar və robototexniki sistemlər”, “Mexatronika və robototexnika mühəndisliyi”, “Verilənlərin təhlili (Data analitikası)” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Eyni zamanda, ölkəmizdə Dördünücü sənaye inqilabı texnogiyaları ilə bağlı müxtəlif laboratoriyalar fəaliyyət göstərir. Rəqəmli İnkişaf və Nəqliyyat Nazirliyinin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzində “Microsoft” şirkətinin dəstəyi ilə “Əşyaların İnterneti” (IoT) laboratoriyası qurulmuş və gənclərə IoT üzrə təlimlər keçirilir, müxtəlif həllər və real prototiplər hazırlamaq üçün imkanlar yaradılır. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən STEAM layihəsi çərçivəsində ümumtəhsil məktəbləri robot, 3D printer ilə təmin edilir. Robot Olimpiadası keçirilir.

Bütün bunlar ölkə gənclərinin Dördüncü sənaye inqilabl dövrünə hazırlamaq üçün əhəmiyyətli addımlardır.

Emin Əlizadə
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə