Previous Next
Bağla

İT bazarında sürətli artım gözlənilir

14-11-2017 11:56
İT bazarında sürətli artım gözlənilir

Forrester Research tədqiqat şirkəti dünya informasiya texnologiyaları bazarında proqram təminatı və konsaltinq xidmətləri sayəsində sürətli artım proqnozlaşdırır.

Ekspertlərin gözləntilərinə görə, 2017-ci ildə qlobal proqram və aparat təminatının, eləcə də servislərin satış həcmi ötən ilə nisbətən 3,4 faiz artacaq.

Xeberler.az NRYTN-nin elektron xəbər xidmətinə istinadən məlumat verir ki , 2018-ci ildə bu xərclər 4 faiz artaraq 3 trilyon təşkil edəcək.

Daha çox artımı proqram təminatı və İT konsaltinq xidmətləri nümayiş etdirəcək - növbəti ildə 6 faizə nisbətdə cari ildə 4,3 faiz. 

Forrester Research 2017-ci ildə İT avadanlığının satışında 2,6 faiz, 2018-ci ildə isə 3 faiz artım gözləyir. Bu halda dünya telekommunikasiya texnikasına xərclərin müvafiq olaraq 3,1 və 1,5 faiz artacağı proqnozlaşdırılır.

Tədqiqatçılar tərəfindən İT autsorsinq xidmətləri seqmentinin artımı cari ilin yekunları üzrə 2,2 faiz qiymətləndirilir. Telekommunikasiya sektoru xidmətləri 2017-ci ildə 2,2 faiz artsa da, 2018-ci ildə 2 faiz azala bilər. Eyni azalma İT autsorsinq sahəsində gözlənilir.

Bundan başqa, şirkət qlobal İT sahəsində üstünlük təşkil edən əsas tendensiyaları sadalayıb.

Birincisi, analitiklər İT bazara müsbət təsir göstərən iqtisadi vəziyyətin yaxşılaşmasına diqqət yetirirlər. 2017-ci ildə dünya iqtisadiyyatında vəziyyət ötən ilin siyasi və iqtisadi sarsıntılarından sonra normallaşmağa başlayıb. Bu nisbi stabillik biznes və dövlət sektoruna 2018-ci ildə İT xərclərində daha fəal olmağa imkan verəcək.

Mütəxəssislər bulud xidmətləri üçün xərclərdə artımı ikirəqəmli templərlə proqnozlaşdırırlar. Lakin seqmentin inkişafı ənənəvi lokal İT məhsullarının satışına mane olur ki, bu da bazarın inkişafını dayandıran amildir.

Eyni zamanda bulud hesablamaları bazara kömək edir. Belə ki, bulud hesablamaları sayəsində korporativ proqram təminatının satışı 2017-ci ildə 10 faiz artacaq, buradakı mədaxil isə artıq kompüterlərə quraşdırılan proqramlar üçün lisenziyaların satışını üstələyir.

Birləşdirici proqram təminatı, sistem inteqrasiyası xidmətləri və İT autsorsinq kimi digər kateqoriyalarda bulud həllərinin xərclərdə payı cüzidir. Bu isə ənənəvi seqmentlərin zəif artımını kompensasiya etməyə kifayət etmir.
 
Analitiklər xəbərdarlıq edir ki, zəif iqtisadi artım riskləri əksər regionlarda qalır, bu səbəbdən şirkətlər İT və digər büdcə xərclərində ehtiyatlı olmaqda davam etməlidirlər. Bununla yanaşı, ekspertlərin 2017-ci ilin sonunadək İT sahəsi üzrə proqnozları ilin əvvəli ilə müqayisədə daha optimistdir.

Xeberler.az
  

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKT bazarında 3,7 faiz artım proqnozlaşdırılır

25-06-2018

Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

16-01-2017

Dünya İT bazarında durğunluq gözlənilir

10-07-2019

2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

20-10-2016

Dünya İT bazarında 3 faiz illik artım proqnozlaşdırılır

13-02-2017

Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

19-04-2017

İT xidmətləri bazarının həcmi azalıb

02-11-2015

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016

Dünyada İT xərclərin həcmi nə qədərdir?

02-03-2017

“2015-ci ildə dünya İT bazarının həcmi 5,5 faiz azalacaq”

01-07-2015

SİM kartların qlobal tədarük həcmi 5.4 milyarda çatacaq

22-12-2015

Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

12-10-2018

Dünya telekommunikasiya bazarı üzrə proqnoz azaldılıb

11-11-2015

2018-də ən çox kompüter satan şirkətlər - SİYAHI

12-01-2019

Dünyanın İT-bazarı il ərzində $1,5 trilyonadək artıb

14-02-2011

2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək

19-10-2018

Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

22-06-2015

Daşınan elektronika bazarında üçqat artım gözlənilir

19-06-2015

Dünyada əməkçi miqrantların pulköçürmələrinin artımı zəifləyəcək

15-04-2015

Smartfonların satışı azalacaq

09-09-2015

Yarımkeçirici mikrosxem bazarının həcmi rekord həcmə çatıb

02-03-2011

İT şöbələri informasiya texnologiyaları xərclərini artıracaq

07-10-2015

Mobil telefonların satış həcmi iki dəfə artacaq

22-12-2009

2015-ci ildə dünyada mikrosxemlərin satışı azalacaq

12-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə