Previous Next
Bağla

Yeni texnologiyaların əmək bölgüsü

18-12-2018 17:44
Yeni texnologiyaların əmək bölgüsü
Bunun işsizlik yaradacağı qaçılmazdır "Bu sahənin inkişafı ilə əlaqəli ixtisasların, mütəxəssislərin, yeni kadrların hazırlanmasına diqqət etmək lazımdır"
 
Xeberler.az  bildirir ki, dekabrın 15-də Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransında "Güclü gələcək: sabahın iş yerləri” mövzusu müzakirə edilib. Mövzuya dair məruzəni təqdim edən Oksford Universitetinin professoru Daniel Susskind deyib ki, bu gün dünyada böyük problemlərdən biri işsizlikdir və 2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir.
 
Professorun sözlərinə görə, bu problemin kökündə isə elm və texnologiyanın sürətli inkişafı və onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır. Çünki texnologiyalar inkişaf etdikcə işçi qüvvəsinə, əl əməyinə ciddi ehtiyac qalmır. İşləri məhz həmin texnoloji avadanlıqlar, cihazlar görür.
 
Beynəlxalq Əmək Təşkilatının Bürosunda Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Xoloud Alxaldi də çıxışı zamanı dünyada işsizlik problemi məsələsinə toxundu. Onun sözlərinə görə, bu gün dünya üzrə işsizlik həddi artıq 63 faiz səviyyəsindədir. Xoloud Alxaldi bu rəqəmin bəzi ölkələrdə daha yüksək olduğunu da diqqətə çatdırıb.
 
BƏT təmsilçisi deyib ki, xüsusilə gənclərin iş tapması ilə bağlı ciddi problemlər var. Ona görə də dünyanın qarşısında bu məsələ çox ciddi və aktual problem olaraq dayanır. Bu problemlərin, xüsusən də gənclərin işsizlik probleminin aradan qaldırılması yönündə daha ciddi addımlar atılmalı, böyük layihələr icra edilməlidir.
 
Konfransda çıxış edən "Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov da bildirib ki, gələcəkdə dünyada texnologiyaların inkişafı nəticəsində bir sıra peşələr və iş növləri aradan qalxacaq, milyonlarla insan iş yerlərini itirməli olacaq.
 
R.Rüstəmovun hesabınca, növbəti illərdə bir çox işlərin avtomatlaşdırılmasının şahidi olacağıq. Broker, bank işçisi, hüquqşünas, auditor, kassir kimi peşələr növbəti 10 illər ərzində aradan çıxacaq. Ona görə də inklüziv dayanıqlı iqtisadi inkişaf üzrə "hamıya iş yerləri” şüarı altında işlər aparılmalıdır:
 
"Milyonlarla insan peşələrini dəyişməsə, işlərini itirəcəklər. İnsanlar bu riskləri nəzərə almalıdırlar, hökumətlər, qeyri-hökumət təşkilatları insanları maarifləndirməli və stimullaşdırmalıdırlar ki, yeni peşələrə yiyələnsinlər.
 
Azərbaycanda insan kapitalı gələcəkdə gözlənilən dəyişikliklərə uyğunlaşmağa hazırdır. Təbii ki, bunun arxasında düzgün qərarlar olmalıdır. Hazırda Azərbaycanın peykləri gənc azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur”.
 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də yeni texnologiyaların əmək bölgüsü, işsizliklə bağlı problemlər yaradacağının qaçılmaz olduğunu deyib. Lakin o hesab edir ki, hökumətlər, qərar qəbul edən şəxslər bunu əvvəldən görərək qabaqlayıcı addımlar da atmalıdır: 
 
"Yəni ən azı bu sahənin inkişafı ilə əlaqəli ixtisasların, mütəxəssislərin, yeni kadrların hazırlanmasına diqqət etmək lazımdır. Transformasiya olmalıdır. Müasir texnologiyalardan istifadə bir tərəfdən işsizliyin çoxalmasına səbəb olsa da, digər tərəfdən yeni iş yerlərinin açılmasına şərait yaradır”.
AİF prezidentinin fikrincə, İKT həm də yeni biznes sahəsini ortaya qoyur. O, bu sırada onlayn ticarəti xüsusi olaraq qeyd edib: "İnsanlar bütün dünyada olan biznesi qoyurlar internetin üzərinə və beləliklə alış-veriş baş verir. Bu zaman yeni mütəxəssislərə ehtiyac yaranır".
 
Osman Gündüzün sözlərinə görə, ölkədə modernləşmə gedirsə, universitetlər, orta ixtisas və peşə məktəblərində yeni kompüter ixtisasları açılmalıdır.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rövşən Rüstəmov : Azərkosmos komandasının formalaşdırılmasında heç bir çətinlik yaşamadıq

17-12-2018

Texnologiyaların inkişafı insanlara iş sahəsində nə vəd edir?

03-02-2017

Nazir müavini: "Azərbaycanda İKT sahəsində ciddi mütəxəssis qıtlığı var"

19-12-2022

“Süni intellekt orta təbəqəni iş yerlərindən məhrum edəcək”

13-12-2016

“Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

10-03-2023

“Robotlar da insanlar kimi vergi ödəməlidir”

20-02-2017

İKT sahəsində əmək müqavilələrinin sayı 34 minə çatıb

29-11-2025

Süni intellekt sayəsində 800 min iş yeri bağlanıb

11-09-2017

“Qabaqcıl texnologiyaların tətbiqi istiqamətində ciddi islahatlar həyata keçirilir”

20-12-2013

“Ali təhsil işsizlikdən xilas etmir”

18-11-2015

BƏT süni intellektin əmək şəraiti və məşğulluğu barədə hesabat hazırlayıb

24-04-2025

Dördüncü sənaye inqilabı texnologiyaları bizə nə vəd edir?

02-12-2021

Vilayət Vəliyev: "İnformasiya təhlükəsizliyi ciddi iqtisadi nəticələr doğurur"

15-10-2024

“Azərbaycanın internet bazarında planlı rəqabət gedir”

01-03-2016

Ülvi Mehdiyev: Azərbaycan yeni çağırışlara hazırdır

24-10-2025

Elman Rüstəmov: Rəqəmsal manatla bağlı araşdırma aparırıq

31-07-2021

Osman Gündüz Avropa institutlarından Informasiya əldə edilməsi haqqında Qanuna ediləcək dəyişikliklərlə bağlı münasibət bildirməsini istəyib

07-06-2012

“Yeni dünya üçün yeni texnologiyalar" adlı panel iclası keçirilib

15-03-2025

İnnovativ həllərin tətbiqi və yaşıl iş yerlərinin inkişafı müzakirə edilib

18-11-2024

Texnologiyalar və innovasiyalar sahəsində Azərbaycanla Qazaxıstanın müqayisəsi

16-10-2023

Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

18-11-2015

BƏT: Süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyi üçün geniş imkanlar yaradır

28-04-2025

Azərbaycanda 9 minədək insan “Microsoft” ilə birgə yeni rəqəmsal bacarıqlar əldə edib

19-03-2021

Böhran şəraitində elektron ticarətin taleyi necə olacaq?- Şərh

23-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə