Previous Next
Bağla

“Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

27-10-2025 19:03
“Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda iki gün davam edəcək seminarlara başlanılıb.

Xeberler.az məlumat verir ki, seminarın açılış hissəsində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxışında bildirib ki, süni intellekt texnologiyaları artıq medianın gələcək inkişaf trayektoriyasını formalaşdıran əsas amillərdən birinə çevrilərək xəbər istehsalı və informasiya axınının idarə olunmasında yeni yanaşmalar tələb edir. Bu səbəbdən ADA Universiteti son illər süni intellekt və rəqəmsal bacarıqlar üzrə müxtəlif təlim və ixtisasartırma proqramları həyata keçirir, elmi araşdırmalar, beynəlxalq əməkdaşlıqlar qurur.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında vurğulayıb ki, süni intellektin sürətli inkişafı media sahəsində yeni imkanlar yaratmaqla yanaşı, bu sahənin nümayəndələrinin peşəkar məsuliyyətinin artmasını zəruri edir. O vurğulayıb ki, müasir dövrdə jurnalistlər informasiyanın toplanması, emalı və yayımında innovativ alətlərdən effektiv istifadəni bacarmalı, süni intellekt texnologiyalarının tətbiqi zamanı etik prinsiplərə və doğruluq meyarlarına xüsusi diqqət yetirməlidirlər.

Təlimçi qismində çıxış edən Rəqəmsal marketinq və kütləvi kommunikasiyalar sahəsi üzrə dosent, Neyroelmlər Laboratoriyasının rəhbəri, tanınmış alim Dr. Nikolas Hamelin “Giriş və mediada süni intellekt inqilabı”, “Məlumatların skreypinqi: İctimai məlumatlandırmada data analitikası”, “Süni intellekt ilə idarə olunan brend və məhsul təqdimatı”, “Big Data” və generativ süni intellekt vasitəsilə cəlbedici media məzmununun yaradılması”, “Strateji inteqrasiya və gələcəyə baxış” adlı modullar ətrafında iştirakçılarla fikir mübadiləsi aparıb. Müzakirələr zamanı vurğulanıb ki, süni intellektin mediada tətbiqi informasiya istehsalında operativliyi artırmaqla yanaşı, etik yanaşma və məsuliyyətli informasiya siyasətini ön plana çıxarır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Süni intellektin mediada tətbiqi” seminarı yekunlaşıb

28-10-2025

Media nümayəndələri üçün “Data Jurnalistikası” təliminə başlanılıb

06-05-2025

MEDİA Milli mətbuatın yubileyi çərçivəsində seminarlara başlayıb

19-06-2025

Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

14-12-2024

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025

Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

27-04-2026

Nazir müavini: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır

01-05-2026

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025

Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib

23-05-2025

Mətbuatın 150 illiyi ilə əlaqədar keçirilən seminarlar başa çatıb

20-06-2025

“Media Savadlılığı” platformasının təqdimatını edib.

20-12-2023

“Euronews Academy” beynəlxalq tədris proqramı başlayıb

23-06-2025

BDU-da süni intellekt mövzusunda elmi sessiya keçirilib

12-03-2025

“Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

09-05-2025

“Müasir incəsənət məkanında süni intellekt” mövzusunda konfrans keçirilir

11-04-2025

Süni intellekt və verilənlər elmi üzrə II Avrasiya Forumu keçirilir

16-10-2025

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

13-10-2025

Rusiyada süni intellektin tətbiqi üzrə qərargah yaradılacaq

20-11-2025

“Süni intellekt və media savadlılığı” adlı dəyirmi masa təşkil olunub

18-12-2024

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026

Müəllif hüquqlarına və mediada süni intellektə dair simpozium keçirilir

02-12-2024

4SİM: Bir çox sahələrdə süni intellektin istifadəsi sınaqdan keçirilir

11-04-2025

Süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

19-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə