Previous Next
Bağla
REKLAM YERİ

Müəllif hüquqlarına və mediada süni intellektə dair simpozium keçirilir

02-12-2024 20:04
Müəllif hüquqlarına və mediada süni intellektə dair simpozium keçirilir

İstanbulda “Xəbərin müəllif hüquqları və mediada süni intellekt” mövzusunda II simpozium keçirilir.

Xeberler.az məlumat verir ki, tədbir “Anadolu” Agentliyi və Boğaziçi Universitetinin əməkdaşlığı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilib. Tədbirdə çıxış edən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun bu gün bəşəriyyətin qlobal səviyyədə ədalət problemi ilə üzləşdiyini deyib. O, ədalət böhranını dərinləşdirən əsas səbəblərdən birinin də bütün dünyanı təsiri altına alan media imperializmi və rəqəmsal faşizm olduğunu diqqətə çatdırıb.

F.Altun tədbirdə mediada istehsal olunan məlumat, xəbər və əsərlərin, eləcə də bütün bunların arxasında duran düşüncə insanlarının hüquq və haqlarını qorumaq məqsədilə bir araya gəldiklərini bildirib.

O, xəbər istehsalının bir tərəfdən müxbirin əməyinə, tədqiqatına və analizinə, digər tərəfdən isə yayımlayan qurumun redaktə seçimləri, cəhdi, cəsarəti, imkanları və bacarıqlarına möhtac olduğunu diqqətə çatdıraraq, real xəbər istehsalının zəhmətli, maliyyə və əmək tələb edən mürəkkəb iş olduğunu vurğulayıb.

“Anadolu” Agentliyi İdarə Heyətinin sədri və baş direktoru Serdar Karagöz çıxışında “Reuters Institute”nun tədqiqatlarına diqqət çəkərək dünya üzrə insanların 62 faizinin sosial media platformalarından istifadə etdiyini, bu qrupun isə 48 faizinin eşitdiklərinə, gördüklərinə, oxuduqlarına reaksiya verdiklərini deyib.

Qeyd edək ki, sahə üzrə peşəkarlar, hüquqşünaslar, alimlər və texnologiya mütəxəssislərinin iştirak etdiyi simpoziumda medianın rəqəmsallaşması ilə yaranan hüquqi, etik və texnoloji məsələlər müzakirə edilir, rəqəmsallaşmanın mediada müəllif hüquqlarına təsiri, süni intellektin xəbərin hazırlanmasında istifadə imkanları və riskləri ətrafında fikir mübadilələri aparılır.

Mediada süni intellekt və müəllif hüquqları ilə bağlı məlumat mübadiləsi və əməkdaşlıq imkanları yaradaraq sektora töhfə verməyi hədəfləyən tədbir “Avropa İttifaqının rəqəmsal tək bazar direktivinə dair üzv ölkələrin təcrübələri”, “Rəqəmsallaşmanın jurnalistikada yaratdığı müəllif hüquqları pozuntularının aradan qaldırılması üçün Türkiyədə həll axtarışları” və “Xəbər istehsalında süni intellekt-media-müəllif hüquqları üçbucağı” mövzularında panel iclaslarla davam etdirilir.

Tədbirdə Türkiyə ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən sahə üzrə mütəxəssislərin “Rəqəmsal platformadakı iş modellərinin müəllif hüquqlarının ölçüsü”, “DSM direktivinin daxili hüquqa keçirilməsi-Almaniya və İtaliya təcrübələri, “Xəbərin müəllif hüquqları-Türkiyə üçün bir model təklifi”, “Türkiyədə müəllif hüquqları” və s. kimi mövzularda məruzələr dinləniləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron xidmətlərin sayı artır

27-07-2012

Müəllif hüquqlarını qoruyan sayt istifadəyə verilib

25-04-2017

Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

14-12-2024

“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

27-05-2014

“Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

27-10-2025

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

Rəqəmsallaşma Türkiyədəki media ekosisteminə dərindən təsir göstərib

11-03-2025

“Süni intellekt və strateji kommunikasiya” adlı iclas keçirilib

13-12-2024

Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

13-02-2019

“Apple” süni intellekti pirat kitablardan öyrətməkdə ittiham olunur

08-09-2025

Cenevrədə Azərbaycanın rəqəmsal hüquqlar təcrübəsi təqdim olunub

02-04-2026

Sentyabrdan holoqramların tətbiqi planlaşdırılır

31-07-2015

Ənənəvi media süni intellektin yaratdığı imkanlar dəqiq dəyərləndirməlidir

17-12-2024

BMT süni intellekt üzrə qlobal dialoqun ilk iclasına hazırlaşır

22-04-2026

Azərbaycan ABŞ ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

10-02-2026

Twitter artıq müəllif hüquqlarını qoruyacaq

28-07-2015

“Süni intellektin mediada tətbiqi” seminarı yekunlaşıb

28-10-2025

“Süni intellekt və insan hüquqları: ” adlı maarifləndirici nəşr hazırlanıb

04-05-2026

"İctimai proseslər media müstəvisində" adlı forum keçirilib

02-05-2025

"Vikipediya" süni intellekt ilə məqalə yaradılmasına qadağa qoyub

27-03-2026

“Sosial mediada etika” konfransında deyilənlər

18-03-2014

İnnovasiya fəaliyyəti və patent məsələsi müzakirə edilib

02-12-2016

Bakıda İnternet idarəçiliyi mövzusunda konfrans keçiriləcək

27-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə