Previous Next
Bağla

“Verdiyim tapşırıq bəzən müəyyən müddətdən sonra icra edilmir”

26-01-2021 17:58
“Verdiyim tapşırıq bəzən müəyyən müddətdən sonra icra edilmir”

“Gələcək vəzifələrə gəldikdə, əlbəttə ki, bu müsbət dinamika saxlanmalıdır. Eyni zamanda, heç kimə sirr deyil ki, dünyada texnologiyalar çox sürətlə inkişaf edir və biz addımlarımızı bu inkişafa uyğun şəkildə atmalıyıq. Əlbəttə, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar”. 

Xeberler.az bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, startaplarla bağlı Azərbaycanın siyasəti müsbətdir: 

“Ancaq bu istedadlı gənclərlə görüşlər əsnasında aydın oldu ki, onların bir çoxları xaricdə fəaliyyət göstərirlər və Azərbaycana gəlirlər, gedirlər. Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzə çıxan ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Eyni zamanda, istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin. Məsələn, nə üçün biz, ictimai xidmətlər sahəsində texnologiyaları icad edən və ixrac edən ölkəyə çevrilə bilmişik? Çünki qarşıya düzgün hədəflər qoyulmuşdur, kadr təminatı düzgün seçilmişdir və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilib. Ancaq bu diqqət bütün qurumlar tərəfindən göstərilməlidir. Çünki mənim tərəfimdən verilən tapşırıq bəzi hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır. Ona görə dövlət qurumları, nazirliklər, dövlət şirkətləri mənim göstərişlərimi axıra qədər icra etməlidirlər və belə olan halda heç bir yerdə axsama olmayacaq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyev Rəşad Nəbiyevi videoformatda qəbul edib

26-01-2021

Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır

15-01-2020

İlham Əliyev: "Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur"

26-01-2021

“Neft gəlirləri azalır, daha çox innovasiyalara üstünlük verilməlidir”

08-09-2015

Azərbaycan Prezidenti: Biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik

01-05-2019

Dövlət Neft Fondu tərəfindən genişzolaqlı internetin inkişafına dəstək layihəsi yaxın günlərdə reallaşacaq

23-07-2013

Prezident Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin sədri ilə görüşüb

29-10-2019

Prezident RYTN-də baş verənlərdən danışdı: “Bu, bütün qurumlara dərs olmalıdır”

12-01-2016

Prezident: “ Mütləq alternativ enerji mənbələri yaratmalıyıq”

10-04-2018

Elə qurumlar da var ki, ümumiyyətlə elektron xidmət göstərmirlər.

18-04-2012

“ASAN xidmət-in praktikası bütün yerlərdə tətbiq edilməlidir”

13-10-2015

İlham Əliyev: İKT növbəti illər üçün prioritet olmalıdır

29-05-2012

“Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur ”

26-01-2016

Ülvi Mehdiyev: Azərbaycan yeni çağırışlara hazırdır

24-10-2025

“Vizalarla bağlı pozuntular imicimizə zərbə vururdu”

11-04-2017

"Çalışmalıyıq ki, hər bir istedadlı biznesə həvəsi olan insan bizneslə məşğul ola bilsin"

23-10-2019

Prezident: Azərbaycana kiberhücum təşkil edənlər cəzasız qalmamalıdır

03-11-2025

"Sosial media və ənənəvi KİV-lər məsələlərdən xəbərdar olmaqda mənə kömək edir"

21-07-2023

Azercell-in rəsmi müraciətləri cavabsız qalıb

08-12-2009

Bizə qarşı informasiya müharibəsi aparılır.

17-04-2012

Milli Məclis: Niyə İKT sahəsinə güzəştlər təklif etməmişik?

19-12-2022

Prezident: Azərbaycanın hədəflərindən biri də regional Süni Zəka qovşağına çevrilməkdir

06-01-2026

Prezident: Güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir

04-02-2020

Vilayət Vəliyev: "İnformasiya təhlükəsizliyi ciddi iqtisadi nəticələr doğurur"

15-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə