Previous Next
Bağla

“Vizalarla bağlı pozuntular imicimizə zərbə vururdu”

11-04-2017 12:02
“Vizalarla bağlı pozuntular imicimizə zərbə vururdu”

Məlumat verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Xeberler.az-ın məlumatına  görə, iclasda İlham Əliyev “ASAN viza” sisteminin önəmini vurğulayıb.

 Prezident qeyd edib ki, vizalarla bağlı pozuntular bizim imicimizə zərbə vururdu:

"Növbəti amil mənim göstərişimlə “ASAN viza” sisteminin yaradılmasıdır. Mənə bu yaxınlarda məruzə edildi ki, üç ay ərzində “ASAN viza” xətti ilə 40 min viza verilib. Bu sistem Azərbaycana viza ilə gələnlərə şamil olunur. Səksəndən çox ölkənin vətəndaşı elektron viza alır. Bunlar olmasaydı, turizm inkişaf edə bilərdimi? Əlbəttə, bizim tariximiz, tarixi abidələrimiz, gözəl iqlimimiz, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəxi də bu işdə rol oynayır. Ancaq bunlar hamısı var idi. Bəs, niyə turizm inkişaf etmirdi? Biz bu sahədə inkişafı niyə görmürdük? Ancaq bu məsələni mən şəxsən öz nəzarətimə götürəndən sonra burada dönüş yarandı. Mənim yadımdadır, dəfələrlə müxtəlif dövlət qurumlarına göstəriş vermişdim ki, bu viza məsələlərini həll edin. Çünki vizalarla bağlı pozuntular bizim imicimizə zərbə vururdu. Xarici vətəndaş o vizanı səfirlikdən almaq üçün min əziyyətə qatlaşmalı olurdu, onu get-gələ salırdılar, qanunsuz tələblər irəli sürürdülər. Bu məsələ birdəfəlik həll olundu. İndi bu olmasaydı, Azərbaycana kim gələrdi?”.

İlham Əliyev  çıxışında bildirib ki, xarici vətəndaş min bir əziyyətdən çıxırdı ki, Azərbaycana gəlsin:

“Bəzi xarici ölkələrdə olarkən görüşlər əsnasında mənə deyirdilər ki, biz Azərbaycana gəlmək istəyirik, bizim vətəndaşlar gəlmək istəyirlər, amma çox çətindir. Gərək bir həftə, iki həftə əvvəl planlaşdırasan, bilinmir hələ sənə viza verəcəklər, ya verməyəcəklər, bizim konsulumuz olan başqa şəhərə getməlisən. Xarici vətəndaş min bir əziyyətdən çıxırdı ki, Azərbaycana gəlsin. Mən bu məsələni tam diqqətə götürdüm və dərhal inqilabi dönüşlər yarandı. Ona görə turistlərin axınının əsas səbəbləri, bax, budur - bizim siyasətimiz, verdiyim göstərişlər, onların icrası, viza və təhlükəsizlik məsələləri, müasir infrastruktur, otellər, istirahət zonaları və əlbəttə ki, Bakının gözəlliyi”.

 Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident: ““ASAN Viza”nın yaradılması əslində bir zərurət idi”

28-12-2016

Elektron viza məsələsində problemlər var

14-07-2015

Prezident: “250 min xarici “ASAN viza” ilə ölkəmizə gəlib”

08-12-2017

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019

“ASAN Viza” sistemində ölkə sayı 93-ə çatdı

17-05-2017

“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017

Xaricilərin qısa müddətdə viza almasını təmin edən sistem

16-02-2016

“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017

Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

27-01-2016

XİN vizaların sadələşdirilməsi ilə bağlı yeni təkliflərini təqdim edəcək

14-07-2015

“ASAN Viza” ilə bağlı dəyişiklik qüvvəyə minib

12-01-2018

“ASAN Viza” sistemində yenilik

15-05-2017

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017

ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

10-04-2019

Yerli vətəndaşlara da ASAN Viza veriləcək

31-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə