Previous Next
Bağla

“Xocalıya ədalət” beynəlxalq kampaniyasının on-line aksiyasına start verilib

15-12-2010 14:44
“Xocalıya ədalət” beynəlxalq kampaniyasının on-line aksiyasına start verilib

 Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu (İKGF) v «Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyi «Xocalıya ədalət» beynəlxalq təşviqat kampaniyasının on-line fəaliyyətinin təqdimatını keçirib.

Icmanın rəhbəri Bayram Səfərov Xocalı soyqırımını dünya tarixində ən qanlı qırğın adlandırıb, bir gecədə 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirildiyini söyləyib. O bildirib ki, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün dünyanın bir neçə ölkəsində icmanın nümayəndəlikləri yaradılacaq. İcma rəhbəri hamını fəal vətəndaş mövqeyi göstərməyə çağırıb.

İKGF-in baş katibi Elşad İsgəndərov 2008-ci ildən etibarən kampaniya çərçivəsində görülən işlər, xüsusilə Xocalı faciəsinin «insanlığa qarşı cinayət» kimi tanınması ilə bağlı beynəlxalq qurumların qəbul etdiyi sənədlərin əhəmiyyəti haqqında məlumat verib. «Xocalıya ədalət» kampaniyasına qarşı Ermənistan tərəfindən əks kampaniya aparıldığını söyləyən E. İsgəndərov bildirib ki, bu onu göstərir ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən törədilmiş bir aksiya olub.

Millət vəkili, Xocalı soyqırımının şahidi Elman Məmmədov aparılan kampaniyanın çox lazımlı olduğunu söyləyib. O təklif edib ki, yaradılmış saytda Xocalının tarixi barədə məlumat yerləşdirilsin. E. Məmmədov bu yaşayış məskəninin tarixinin eramızdan əvvəl 3-5-ci əsrə gedib çıxdığını deyib: “Bu ərazilərin türklərə məxsus olduğunu sübut edən çoxlu nişanələr vardı”. Xocalı soyqırımının tanınması istiqamətində təbliğatın gücləndirilməsinin vacibliyini qeyd edən deputat bu işdə Xocalı soyqırımının minlərlə şahidi olan insanlardan istifadə olunmasını təklif edib.

«Xocalıya ədalət» kampaniyasının əlaqələndiricisi Nicat Məmmədov kampaniyanın yeni İnternet saytı, onun Facebook, Twitter, Youtube kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə geniş məlumat verib. O bildirib ki, kampaniya 3 hissədən – siyasi tanıtım, kütləvi aksiyaların keçirilməsi və ictimaiyyətlə əlaqə qurmaqdan ibarətdir.

Bakıda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin də iştirak etdiyi tədbirdə, həmçinin Xocavənd rayon İcra Hakimi Eyvaz Hüseynov, millət vəkili Fuad Muradov və digərləri çıxış ediblər. ///APA

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xocalı faciəsinə həsr olunmuş saytın təqdimatı keçirilib

24-02-2009

“Xocalıya ədalət” kampaniyasının Facebook səhifəsində yeni qlobal kampaniyaya start verilib

01-10-2010

“Xocalıya ədalət” kampaniyasının yeni saytı istifadəyə verilib

25-02-2016

Xocalı soyqırımının törədilməsindən 24 il ötür

26-02-2016

Ermənilərin Xocalı soyqırımını törətməsindən 27 il ötür

26-02-2019

Xocalı soyqırımının törədilməsindən 25 il ötür

26-02-2017

Xocalı soyqırımından 26 il ötür

26-02-2018

Xocalı soyqırımının 33 il dönümüdür

26-02-2025

İndoneziyada Xocalı soyqırımını əks etdirən poçt markası buraxılıb

25-02-2020

Xocalı soyqırımı mövzusu Twitterdə birinci oldu

28-02-2015

Xocalı soyqırımından 30 il ötür

26-02-2022

www.karabakh.az saytının təqdimat mərasimi keçirildi

04-03-2011

Xocalı soyqırımından 34 il ötür

26-02-2026

Xocalı soyqırımından 29 il ötür

26-02-2021

Xocalı soyqırımından 31 il ötür

26-02-2023

Rabitəçi xocalılılarla görüş keçirilib

26-02-2016

Xocalı soyqırımı internetdə

26-02-2012

RİNN-in kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

26-02-2025

Bakıda İKT sahəsinə dair beynəlxalq konfrans keçiriləcək

14-10-2009

«GLUT» E-MAİL HÜCUMLARA BAŞLADI

12-02-2009

Xocalı soyqırımından 28 il ötür

26-02-2020

“Xocalı soyqırımı rabitəçilərin yaddaşında” adlı kitab işıq üzü görüb

26-02-2009

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

26-02-2024

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə