Previous Next
Bağla

“Zəkaların mübarizəsi” olimpiadasının mükafatlandırılması keçirilib

31-05-2025 16:15
“Zəkaların mübarizəsi” olimpiadasının mükafatlandırılması keçirilib

Mayın 31-də Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması baş tutub.

Xeberler.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev iştirakçıları və qonaqları salamlayaraq qalibləri qazandıqları nailiyyət münasibətilə təbrik edib. Fuad Qarayev bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkara çıxarılması və fənlərin dərindən öyrənilməsinə marağın artırılması məqsədilə bir sıra layihələr uğurla həyata keçirilir. Respublika fənn olimpiadaları, “Sabahın alimləri” layihə müsabiqəsi, “Ən yaxşı təqdimat” müsabiqəsi, “BilBacar” və “Məktəblilərarası Milli Hakaton” kimi yarışlar məktəblilərə bilik və bacarıqlarını nümayiş etdirmək üçün geniş imkanlar təqdim edir.

Sonda Fuad Qarayev olimpiadanın reallaşmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov qeyd edib ki, Fond Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatının bir çox sahələrində, xüsusilə elm və təhsil sahəsində davamlı layihələr reallaşdırıb. Bu layihələr ölkənin sosial-mədəni inkişafına əhəmiyyətli töhfələr verib. Fondun təşəbbüsü ilə respublikanın müxtəlif bölgələrində məktəb binalarının inşası, mövcud təhsil infrastrukturunun yenilənməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilib.

“Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsədin təkcə şagirdlərin elmi potensialını yoxlamaq deyil, eyni zamanda, onların liderlik, analitik düşünmə, komanda ilə işləmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət və dostluq mühitini gücləndirmək olduğu bildirilib.

Çıxışlardan sonra olimpiadanın müxtəlif mərhələlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Ardınca qalib komandalar mükafatlandırılıb. Onlara sertifikatlar, diplomlar və xatirə kubokları təqdim olunub. Şahmat kateqoriyası üzrə I yerin qalibi Sumqayıt komandası, II yerin qalibi Gəncə komandası, III yerin qalibi isə Xətai komandası olub. Şahmat üzrə fərdi oyunlarda fərqlənmiş 4 iştirakçıya xüsusi mükafat təqdim edilib.

Bilik yarışı kateqoriyasında isə I yerə İsmayıllı komandası, II yerə Bakı şəhəri Xətai komandası, III yerə isə Zəngilan komandası layiq görülüb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

13-02-2025
II və III yer üzrə qaliblər təltif olunub

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022
“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

17-06-2025
“Bilim Bakı” mərkəzinin şagirdləri beynəlxalq robot olimpiadasının qalibi olublar

“Bilim Bakı” mərkəzinin şagirdləri beynəlxalq robot olimpiadasının qalibi olublar

25-11-2024
“Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub

“Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub

07-10-2024
İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015
I Robot Olimpiadasının qalibləri-Foto

I Robot Olimpiadasının qalibləri-Foto

23-06-2017
Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009
Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018
Olimpiadaların qalibləri mükafatlandırılıb

Olimpiadaların qalibləri mükafatlandırılıb

16-05-2018
İnformatika Olimpiadasının qalibləri açıqlanıb

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017
Beynəlxalq Kosmik Olimpiadanın milli finalı keçirilib

Beynəlxalq Kosmik Olimpiadanın milli finalı keçirilib

02-05-2025
Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

16-05-2023
Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı

21-05-2018
AzMİU komandası “Robotex Türkiye EurAsia – Azerbaijan 2025”in qalibi olub

AzMİU komandası “Robotex Türkiye EurAsia – Azerbaijan 2025”in qalibi olub

20-05-2025
BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

31-10-2019
V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

02-04-2025
Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012
“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb

“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb

12-06-2026
Azercell Olimpiada qaliblərini mükafatlandırıb

Azercell Olimpiada qaliblərini mükafatlandırıb

13-08-2019
Respublika fənn olimpiadasının nəticələri açıqlandı

Respublika fənn olimpiadasının nəticələri açıqlandı

11-05-2018
 Nar İnformatika Olimpiadasına dəstək olub

Nar İnformatika Olimpiadasına dəstək olub

25-05-2017
Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb

17-05-2018
İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə