Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı

21-05-2018 / 18:17

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Heydər Əliyev Fondu, Təhsil nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Nar operatorunun sponsorluğu ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Xeberler.az bildirir ki, 12-ci Olimpiadanın yekunlarına əsasən, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, ADA Universitetinin “ADA U1” komandası 2-ci, Bakı Dövlət Universitetinin “BSU1” komandası 3-cü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Sharper” komandası isə 4-cü yeri tutub.

Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla, eləcə də Nar operatorunun təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
 
İnformatika olimpiadasının məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, eyni zamanda qaliblər sırasından seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.

Olimpiadaya dəstək göstərməkdə Nar, özünün korporativ sosial məsuliyyət strategiyasına (KSM) uyğun olaraq, İKT sahəsində yerli mütəxəssislərin yetişməsinə və İKT-nin gənclər arasında təbliğinə töhfə verir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə