«Azərfon» şirkəti gələn il rouminq tariflərini endirəcək

24-11-2010 / 18:23

«Azerfon» şirkəti olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rouminq tariflərinin azaldılması ilə bağlı təklifini dəstəkləyirik.

Bununla bağlı xüsusi paket hazırlamışıq. Yaxın vaxtlarda bu paketi təklif edəcəyik».  Bunu «Azerfon» şirkətinin prezindenti Yurgen Pitz deyib. Onun sözlərinə görə, şirkət gələn il üçün rouminq tariflərini azaltmağı nəzərdə tutur.
Y.Pitz deyib ki, şirkət 3G texnologiyası üzrə 2009-dan xidmətlər göstərməyə başlayıb: «Bu tüexnologiyaya maraq artmaqdadır. Monitorinqlərimiz də onu göstərir ki, abunəçilər təkcə səs deyil, həm də məlumatların ötürülməsinə maraq göstərirlər. Bizim şəbəkəzmizin də buna imkanı var».
Y.Pitzin sözlərinə görə, 3G texnologiyasının istifadəçilərinin sayı artıb: «Hazırda 3G müştəriləri həm «Nar Mobile», həm də «Azerfon-Vodafone»un müşrəti bazasında var. Amma 3G texnologiyasının olmasından əlavə, onu dəstəkləyən telefonların da olması lazımdır. Hazırda Azərbaycanın telefon bazarında 3G-ni dəstəkləyən telefonların sayı azdır. Biz buna diqqət yetirməliyik».
Y.Pitz gələn il üçün Azərbaycanın mobil rabitə sektoruna yatıracaqları investisiyanın dəqiq məbləğini açıqlamasa da, qeyd edib ki, bu məbləğ iki rəqəmli olacaq və milyonlarla ölçüləcək.

mənbə APA


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.