Previous Next
Bağla

Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir

01-11-2015 10:45
Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir

Noyabrın 1-də səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində Milli Məclisə seçkilər başlayıb.

Xeberler.az bildirir ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 5547 məntəqədə keçirilir. Məntəqələrdə 5 milyon 200 minə yaxın seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb. Bu da hər dairəyə 6-dan çox namizəd deməkdir. Dairələr üzrə ən az 3, ən çox isə 12 namizəd var. Seçkilərdə ümumilikdə 22 siyasi partiya iştirak edir.

Məntəqələr seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilib. Məntəqələrə 5 milyon 344 min 431 seçki bülleteni paylanılıb. Dairə seçki komissiyalarının hamısı kompyuterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub.

Səsvermə günü saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq. Bu məlumatlar, həmçinin Mərkəzi Seçki Komissiyasının internet səhifələrində yerləşdiriləcək.

Min məntəqədə veb-kamera quraşdırılıb. MSK-nın internet saytına girən şəxs həmin məntəqələrdə canlı müşahidə apara bilər.

Seçkiləri izləmək üçün 503 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 40-a yaxın nüfuzlu beynəlxalq qurumun nümayəndələridir.

Yerli müşahidəçilərin sayı isə 66 mindir. KİV nümayəndələri nəzərə alınmadan təxminən hər məntəqəyə 11 yerli müşahidəçi düşür. Bundan başqa, bir neçə təşkilat seçkilərdə “exit-poll” keçirir. Onlardan dördü yerli, ikisi isə ABŞ və Fransadan olan təşkilatlardır.

Parlament seçkilərini 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 42 nümayəndəsi izləyir.

Səsvermə saat 19:00-da başa çatacaq.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilir

01-09-2024

Nazir Əli Abbasov səs verdi

01-11-2015

Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

01-09-2024

Parlament seçkilərinin səsverməsi başa çatıb

01-11-2015

Azərbaycanda prezident seçkiləri keçirilir

11-04-2018

MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

07-02-2024

MSK-nın sədri: İstənilən ölkədə nümayəndəsi MSK-nın saytına daxil olaraq seçkiləri müşahidə edə bilər

01-09-2024

Seçkilər internetdən izlənəcək

21-08-2015

MSK sədri: Min məntəqədə veb-kameralar quraşdırılacaq

11-01-2025

Azərbaycanın regionlarında seçki məntəqələrində veb-kameralar quraşdırılıb

18-03-2009

“Veb-kamera”lar sınaqdan keçirilib

31-10-2010

Nazir seçkilərdə quraşdırılan Veb-kameraların fəaliyyəti ilə tanış olub

30-09-2013

Milli Məclisə seçkilər üzrə “exit-poll”un nəticələri - RƏY "Monitorinq Mərkəzi"

01-11-2015

Məzahir Pənahov: Seçkilərlə əlaqədar MSK-nın rəsmi internet səhifələrinə 3 milyona yaxın baxış olub

16-09-2024

”Seçkilərin müasir standartlara cavab verməsi üçün İKT-dən tam istifadə olunub”

01-11-2015

Azərbaycanda parlament seçkilərində “Elektron səsvermə” sistemindən istifadə olunacaq

03-11-2010

Parlament seçkilərini internet üzərindən 200 minə yaxın insan izləyib

19-11-2015

Səsvermə günü məntəqələrin cəmi 10 faizində veb-kameralar quraşdırılacaq

18-10-2010

1000 məntəqədə veb-kamera quraşdırılacaq

15-02-2018

Virtual Səsvermə sistemində ən çox səs toplayan namizədlərin - SİYAHISI

30-10-2015

Rabitə naziri veb-kameralara texniki baxış mərkəzində olub

05-11-2010

Türkiyədəki seçkilər Azerspace-1 peykindən yayımlanıb

08-06-2015

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

05-02-2020

Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi ?

10-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə