Nazir müavini Beynəlxalq Nəqliyyat Forumunda iştirak edib

25-04-2026 / 11:54

Bişkek şəhərində “Qırğızıstan – regional qovşaq: qitələri birləşdirərək” adlı Beynəlxalq Nəqliyyat Forumu keçirilib. Tədbirdə ölkəmiz rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Xeberler.az bildirir ki, forum çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) nəqliyyat nazirlərinin 9-cu iclası keçirilib. Tədbirdə beynəlxalq logistika zəncirlərində baş verən dəyişikliklər, alternativ nəqliyyat marşrutlarının artan əhəmiyyəti, həmçinin Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, Orta Dəhliz regionlar arasında dayanıqlı və şaxələndirilmiş nəqliyyat əlaqələrinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması məqsədilə inzibati prosedurların sadələşdirilməsi, tələblərin uyğunlaşdırılması və mövcud infrastruktur maneələrinin aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Durmuş Ünüvar ilə ikitərəfli görüş keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə