Azərbaycan nümayəndə heyəti “Yeni İpək Yolu” forumunda iştirak edib

02-10-2025 / 13:25

Qazaxıstanın Almatı şəhərində “Yeni İpək Yolu” VII Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumu keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Beynəlxalq nəqliyyat əməkdaşlığının gücləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional logistika potensialının reallaşdırılması forumun əsas müzakirə mövzuları olub.

Xeberler.az bildirir ki, forum çərçivəsində “Nəqliyyat əlaqəliliyi və nəqliyyat dəhlizlərinin sinxronizasiyası” mövzusunda panel iclas, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin VIII iclası təşkil edilib. Həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) ölkələrinin nümayəndə heyəti rəhbərlərinin görüşü keçirilib.

Beynəlxalq tədbirdə bir sıra mühüm sənədlər imzalanıb. Buraya TMTM marşrutu üzrə dəmir yolu seqmentində mövcud “dar boğazlar”ın aradan qaldırılması məqsədilə tədbirlər planı, Transxəzər marşrutu üzrə nümayəndə heyətlərinin görüşünə dair protokol, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin VIII iclasının yekunları ilə bağlı kommünike daxildir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə