Bir müddət əvvəl məlumat məlumat verdiyimiz kimi, Azərbaycanda proqramlaşdırmanı kiçik yaşlardan tədris etmək üçün yeni layihəyə başlanıb.
Belə ki, ölkədə ilk dəfə olaraq orta məktəblərdə, həmçinin məktəbə qədər hazırlıq mərhələsində kiçik yaşlı uşaqlara yeni üsulla proqramlaşdırma tədris ediləcək.
“Birinci sinifdən proqramlaşdırmanın tədrisi” layihəsinin ideya müəllifi və hazırda layihəni həyata keçirən isə uzun illərdir informatika sahəsində çalışan, çoxlarımızın yaxından tanıdığı İT üzrə mütəxəssis Abdulla Qəhrəmanovdur.
Bu barədə saytımızda ətraflı məqalə dərc etmişdik.
Xeberler.az-ın məlumatına görə, ötən gün Bakı şəhəri 32 nömrəli tam orta məktəbdə keçirilən “İntellektual gələcəyimiz” adlı tədbirdə bir növ bu tədris ilində görülən işlərə yekun vurulub.
Tədbirdə Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəsmi nümayəndələri və tanınmış informatika müəllimləri iştirak edib.
Belə ki, Bakı şəhəri 32, 156 və 245 nömrəli məktəblərin şagirdləri Scratch proqramlaşdırma dilində hazırladıqları işləri təqdim edib və iştirakçılara öz işləri barədə ətraflı şərh verib.
Sonda isə həmin şagirdlər mükafatlandırılıb.
Layihə rəhbəri Abdulla Qəhrəmanov Xeberler.az-a bu günə qədər görülən işlərdən danışıb.
Onun sözlərinə görə, layihə məzmununa görə dünyada həlli gözlənilən vacib məsələləri özündə əks etdirir.
Abdulla Qəhrəmanov bildirib ki, layihənin icrasına başlayan zaman könüllü olaraq layihəyə Bakı şəhərində yerləşən cəmi 5 məktəb (19, 23, 32, 156 və 245) qoşulmuşdursa, daha sonra qoşulanların sırasına 5 məktəb (Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası, 82, 212, 241 və 255 məktəblər) bu layihəyə qoşulub:
“Sevindirici haldır ki, bu 9 məktəbin içində Bakının ucqarlarında (Şüvəlan, Zirə və Maştağa kəndlərində) yerləşən məktəblər də (156, 241 və 255) var və onlar bu layihədə aktiv iştirak edir”.
Onun sözlərinə görə, xüsusilə birinci siniflərdə oxuyan şagirdlərin valideynləri könüllülük əsasında öz övladlarını planşetlə təmin edirlər.
Məlumata görə, layihə tətbiq edilməyə yenicə başlananda elə sinif olub ki, cəmi 2 planşetlə təlimlərə başlanılıb. Daha sonra bu işin faydasını görən valideynlər öz uşaqlarına planşet almağa başlayıb;
Öyrənirik ki, layihənin icrası zamanı ilkin olaraq hər məktəbdə 3 sinfin qoşulması nəzərdə tutulub. Ancaq həmin könüllük prinsipinə əsaslanaq və valideynlərin müraciətlərini nəzərə alaraq məktəblərdə layihəyə qoşulan siniflərin sayı artırılıb.
Layihə rəhbəri qeyd edib ki, sevindirici haldır ki, Bakının ucqarlarında yerləşən məktəblər bu layihədə daha çox aktiv iştirak edir:
“Məsələn, Şüvəlan kəndində yerləşən 156 nömrəli məktəbdə layihə ən geniş formatda keçirilir. Başda məktəbin informatika müəllimi Könül Rəcəbova olmaqla gənc informatika müəllimlərinin işi göz qabağındadır. Bu məktəbdə artıq 2 birinci sinif (1 sinif də gözlənilir), 1 ikinci sinif və 1 beşinci sinif bu layihəyə qoşulub. Bundan başqa, müxtəlif siniflərdən layihəyə qoşulmaq istəyən şagirdlər üçün əlavə 2 qrup yaradılıb.
Bütün bu məşğələlər pulsuz aparılır. Həzi Aslanov metro stansiyası yaxınlığında yerləşən 245 nömrəli məktəbdə layihəyə 2 birinci sinif (1 sinif də gözlənilir), 1 ikinci sinif və 2 beşinci sinif bu layihəyə qoşulub. 245 nömrəli məktəbin direktoru, ixtisasca informatik olan, Ülviyyə İsmayılova başda olmaqla məktəbin gənc informatika müəllimləri bu layihənin realizə edilməsində əvəzsiz zəhmət çəkirlər. Bakı şəhəri 32 nömrəli məktəbdə layihənin aktiv iştirakçısı Dilarə Hacıyeva ixtisasca ibtidai sinif müəllimidir. Artıq dekabr ayından Maştağa kəndində yerləşən 255 nömrəli məktəb, 2017-ci il fevral ayından isə Zirə kəndindəki 241 nömrəli məktəb və Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası da layihəyə qoşulub”.
Mütəxəssis onu da vurğulayıb ki, 2017-ci ilin aprel ayında Bakı Şəhəri üzrə İdarəsinin Təlimə Dəstək Mərkəzi ilə birlikdə “Ən yaxşı Scratch hekayəsi” adlı müsabiqə təşkil edilib. Qısa müddətdə müsabiqədə 108 nəfər şagird iştirak etmək istəyi ilə müraciət edib. Bütün iştirakçılara sertifikatlar verilib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri