Previous Next
Bağla
REKLAM YERİ

20 Fevral Ümumdünya İnformasiya İdarəetmə Günüdür

20-02-2025 13:46
20 Fevral Ümumdünya İnformasiya İdarəetmə Günüdür

Bu gün – fevralın 20-si Qlobal İnformasiya İdarəetmə Günüdür (GIGD).

Xeberler.az məlumat verir ki, hər il fevral ayının üçüncü cümə axşamı qeyd olunan Ümumdünya İnformasiya İdarəetmə Günü 1992-ci ildə Beynəlxalq İnformasiya Forumunun qərarı ilə təsis edilmiş daha bir bayram – hər il noyabrın 26-da qeyd olunan Ümumdünya İnformasiya Günü ilə sıx bağlıdır. Beləliklə, noyabr bayramı məhz informasiyaya həsr olunub və onun müasir dünyada əhəmiyyətini vurğulamaq, yaşadığımız dövrün “informasiya əsri” adlandırıldığını xatırlatmaq məqsədi daşıyır. Ümumdünya İnformasiya İdarəetmə Gününün əsas məqsədi ictimaiyyəti informasiya idarəçiliyi haqqında məlumatlandırmaqdır.

Ən çox “informasiyanın idarə edilməsi” kimi tərcümə olunan informasiya idarəçiliyi termini korporativ məlumatların yaradılması, yayılması, mühafizəsi, istifadəsi və silinməsi sahəsində arzuolunan davranışın inkişafını nəzərdə tutur.

Ümumdünya İnformasiya İdarəetmə Gününü qeyd etmək təşəbbüsü bazar analitikləri və marketoloqlar Qart Landers, Tamir Siqal və Barklay T. Bleyrə məxsusdur. 2010-cu ildə “informasiyanın idarə edilməsi” adlı yeni sənaye termini təşkilatlara öz fəaliyyətini yaxşılaşdırmaq və korporativ riskləri müəyyənləşdirmək, təhlil etmək və onlara cavab vermək üzrə köməklik məqsədilə bir yol təsvir etmək üçün ortaya çıxıb. Onun dövriyyəyə buraxılmasının təşəbbüskarı İsveçrənin RSD şirkətinin baş marketinq meneceri Tamir Siqal olub.

İnformasiya idarəçiliyi təşkilatın müxtəlif şəxslər, şöbələr və maraqlı tərəflər arasında məlumatı idarə etmək və ötürmək üçün qəbul etdiyi prosedurları və təlimatları əhatə edir, həmçinin onun istehsal etdiyi məlumat üzərində nəzarət səviyyəsinə diqqət yetirir.

İnformasiyanın idarə edilməsi yeniliklərin işlənməsi, təhlili ilə məlumatların yaradılması və toplanması ilə başlayır, daha yeni məlumatlar mövcud olduqda saxlanılır, paylaşılır və arxivləşdirilir.

Bu proses təhlükəsizlik, məxfilik, qiymət və saxlama məhdudiyyətləri daxil olmaqla müxtəlif səbəblərdən məlumatın məhv edilməsi ilə başa çatır.

ABŞ-da fevral ayı İnformasiya İdarəetmə Ayı elan edilib və onun həyata keçirilməsi Amerika Səhiyyə İnformasiya İdarəetmə Assosiasiyası tərəfindən əlaqələndirilir. Bu təşkilat yüksək keyfiyyətli səhiyyə xidmətləri təmin etmək üçün zəruri olan tibbi qeydlərin və məlumatların effektiv idarə edilməsi sahəsində ixtisaslaşıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

26 Noyabr - Ümumdünya İnformasiya Günüdür

26-11-2024

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin idarəetmə orqanı açıqlanıb

22-10-2022

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2018

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2016

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2017

“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020

Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir

25-07-2024

Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

23-01-2026

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16-01-2025

Bu gün İKT sahəsində çalışanların peşə bayramıdır

26-11-2015

Agentlik: Respublikamızın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası yüksələn xətlə inkişaf edir

17-05-2021

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə üç beynəlxalq İSO sertifikatı təqdim edilib

21-08-2024

Dünya Bankı ilə maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması müzakirə edilib

12-11-2025

Bakı BMT-nin İnternet Idarəçilik Forumuna hazırlaşır

04-11-2012

Keyfiyyət sahəsində auditin aparılması üzrə yeni dövlət standartı qəbul edilib

16-08-2022

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025

24 Oktyabr Ümumdünya İnkişaf İnformasiyası Günüdür

24-10-2025

Nazirlik informasiya təhlükəsizliyi sertifikatı alıb

19-08-2015

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

30-06-2025

“Elektron məktəb” layihəsinə 1000 məktəb qoşulacaq

04-04-2012

Elmi tədqiqatlar üçün informasiya sistemləri yaradılır

06-10-2016

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

16-04-2026

İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

17-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə