Previous Next
Bağla

Nazirlik informasiya təhlükəsizliyi sertifikatı alıb

19-08-2015 11:31
Nazirlik informasiya təhlükəsizliyi sertifikatı alıb

Son illər Azərbaycanın vergi sistemində Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) texniki imkanları genişləndirilib, daha operativ və çevik vergi nəzarəti mexanizmi formalaşdırılıb, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin kəmiyyət və keyfiyyəti artırılıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Xeberler.az-a verilən məlumata görə, informasiya texnologiyalarının tətbiqinin genişlənməsi, eyni zamanda, vergi sistemində informasiya resurslarının və məlumat təhlükəsizliyinin qorunması kimi məsələləri də aktuallaşdırıb. Ötən illər ərzində Vergilər Nazirliyi tərəfindən AVİS-də məlumat təhlükəsizliyinin, vergi orqanlarında dövlət, peşə və kommersiya sirrinin qorunması məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirilsə də, AVİS-in texniki imkanlarının genişləndirilməsi, bu sistemdə yaradılan, toplanılan və mübadilə edilən məlumatların, sənəd dövriyyəsinin həcminin artması, üçüncü şəxslərə aid məlumatların dövriyyəsinin genişlənməsi vergi orqanları tərəfindən istifadə olunan informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi və vergi ödəyiciləri barəsində kommersiya sirri təşkil edən məlumatların qorunması üçün daha təkmil vasitələrin tətbiqinə ehtiyac yaranıb.

Bununla əlaqədar Vergilər Nazirliyi informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, tətbiqi, istismarı, daim nəzarətdə saxlanılması və təkmilləşdirilməsi məqsədilə ən yüksək beynəlxalq standartın - İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqi ilə bağlı ötən ilin sonlarından başlayaraq gərgin və böyük həcmli işlər həyata keçirib. Bunun nəticəsi olaraq, Vergilər Nazirliyi bu beynəlxalq standartın alınması üçün zəruri olan sertifikasiyanı keçərək avqustun 10-da 3 il müddətinə müvafiq sertifikatı alıb.

Vergilər Nazirliyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu yanında “AzStandartİNFORM” MMC arasında ötən ilin dekabrında bağlanmış satınalma müqaviləsinə uyğun olaraq, İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” standartının tətbiqi üzrə Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) mütəxəssislərinin iştirakı ilə Vergilər Nazirliyinin müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərinə təlimlər keçirilib.

Treninqlərdə iştirakçılar informasiya təhlükəsizliyinin idarə edilməsinin forma və metodları, sənədləşmə qaydaları, informasiya təhlükəsizliyinin təmini səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə daxili auditin keçirilməsi qaydalarını mənimsəyiblər.

Beynəlxalq standartın tələblərinə uyğun olaraq bu ilin fevral ayından başlayaraq aidiyyəti sənədlərin hazırlanmasına başlanılıb, bu məqsədlə ekspertlər tərəfindən Plan - “İSO/İEC 27001 standartı üzrə “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri”nin işlənib hazırlanması və tətbiqi üçün Texniki tapşırıq”ın layihəsi və 31 sayda normativ sənəd hazırlanıb.

Hazırlanan layihələrdə informasiya təhlükəsizliyinin idarə olunması prosesində iştirak edən şəxslərin hüquq və vəzifələri, onlara dair tələblər, habelə bu tələb və qaydaların həyata keçirilməsi mexanizmləri daha da təkmilləşdirilib ki, bu daVergilər Nazirliyində informasiya təhlükəsizliyi üzrə idarəetmə və nəzarət mexanizmlərinin səmərəliliyinin daha da yüksəldilməsinə xidmət edəcək.

Beynəlxalq standartın tətbiq edilməsi informasiya təhlükəsizliyinin idarə olunmasına dair strategiyanın, siyasətin və kompleks tələblərin, informasiya təhlükəsizliyinin idarə edilməsi sahəsində cavabdehlik və vəzifələrin bölüşdürülməsi ilə bağlı tələblərin, habelə vergi orqanlarının vəzifəli şəxslərinin öhdəliklərinin, müəyyən edilmiş qaydaların və normaların vəzifəli şəxslər, struktur bölmələri və vahidləri tərəfindən yerinə yetirilməsi səviyyəsinin müəyyən olunmasına imkan verir.

Bununla yanaşı, yeni standartın tətbiqi ilə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində risklərin və ya çatışmazlıqların vaxtında aşkarlanması və müvafiq tədbirlərin həyata keçirilməsi yolu ilə onların aradan qaldırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə informasiyaların təsnifatlaşdırılması qaydasının və onların əhatə dairəsinin, eləcə də server otaqlarına dair tələblərin müəyyən edilməsi və s. kimi məsələlər də öz həllini tapacaq.

İnformasiya təhlükəsizliyinin idarəetmə sistemi mühüm əhəmiyyət kəsb edən informasiya aktivlərinin qorunması istiqamətində idarəolunan yanaşmadır və bu yanaşma İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqi ilə həyata keçirilir. Bu standart ilk dəfə olaraq informasiya təhlükəsizliyi sahəsində müvafiq sertifikatlaşdırma aparan dünyanın ən tanınmış institutlardan biri - Britaniya Standartlar İnstitutu tərəfindən 1995-ci ildə təsdiq olunub.

İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartı dünyada informasiya təhlükəsizliyi sahəsində ən yüksək və ən çətin sertifikasiya prosesinə malik olan standartdır və  Vergilər Nazirliyi respublikada mərkəzi icra hakimiyyəti orqanları arasında bu institutun sertifikatını alan yeganə dövlət qurumudur.

Xeberler.az

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri müzakirə edilib

19-05-2016

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə üç beynəlxalq İSO sertifikatı təqdim edilib

21-08-2024

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

“AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddəti uzadıldı

17-07-2020

“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

03-08-2021

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

SOCAR-ın işçilərinə informasiya təhlükəsizliyi üzrə kurs keçirilib

08-04-2015

“AzInTelecom” MMC-nin Əlçatanlıq zonaları 3 beynəlxalq standart üzrə sertifikasiya auditindən uğurla keçdi  

14-07-2022

İnformasiya təhlükəsizliyi üzrə təlim keçən yerli mütəxəssislərə beynəlxalq sertifikat veriləcək

12-03-2019

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

05-03-2020

Azercell İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

29-12-2019

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

"DOST RİM" də fəaliyyətini İSO standartlarına uyğun qurur

04-04-2022

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015

Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

23-01-2026

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb

29-12-2025

Banklarda fövqəladə hallarda informasiya təhlükəsizliyinə dair tələblər müəyyənləşib

04-08-2021

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

21-02-2020

Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

06-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə