Previous Next
Bağla

Dünyanın ən güclü teleskopu Yer üçün təhlükəli asteroidi izləyəcək

19-02-2025 08:40
Dünyanın ən güclü teleskopu Yer üçün təhlükəli asteroidi izləyəcək

NASA alimləri, planetimiz üçün potensial təhlükə yarada biləcək 2024 YR4 asteroidinin trayektoriyasını və fiziki xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirmək məqsədilə dünyanın ən güclü teleskoplarından biri olan “Ceyms Uebb” teleskopunu (JVST) bu obyektə yönəldəcək.

Xeberler.az “The Independent” nəşrinə istinadən məlumat verir ki, sözügedən asteroid ilk dəfə 2024-cü ilin dekabrında kəşf edilib. İlkin hesablamalara əsasən, onun diametri 40 metrdən 90 metrə qədər dəyişir. Lakin onun Günəş sistemindəki trayektoriyası ilə bağlı yeni məlumatlar alimləri bu obyektin Yerlə toqquşma ehtimalını yenidən qiymətləndirməyə vadar edib. Mövcud hesablamalara görə, asteroidin 2028-ci ildə Yerə yaxınlaşması ehtimalı yüksəkdir, lakin onun trayektoriyası hələ də dəqiqləşdirilməlidir.

Alimlər asteroidin optik xüsusiyyətlərinə əsaslanan ölçülərin qeyri-müəyyən olduğunu bildirirlər. Ceyms Uebb” teleskopununun infraqırmızı diapazonda müşahidə aparmaq qabiliyyəti isə asteroidin istilik emissiyasını təhlil etməyə və onun real ölçüsünü daha dəqiq qiymətləndirməyə imkan verəcək. Bu tədqiqat çərçivəsində NASA, Avropa Kosmik Agentliyi (ESA) və Kanada Kosmik Agentliyi (CSA) birlikdə fəaliyyət göstərir. Teleskopun müşahidələri 2025-ci ilin mart ayında aparılacaq. Bu zaman asteroid teleskop üçün ən əlverişli mövqedə olacaq və müşahidələrin daha yüksək dəqiqliklə aparılmasına imkan yaradacaq. Məlumatların təhlili nəticəsində asteroidin trayektoriyası və fiziki xüsusiyyətləri ilə bağlı daha etibarlı proqnozlar vermək mümkün olacaq. Bu tədqiqatın nəticələri yalnız 2024 YR4 asteroidinin mümkün təhlükəsini qiymətləndirməyə deyil, həm də gələcəkdə potensial təhlükəli asteroidlərin aşkarlanması və müşahidəsi üçün metodologiyaların təkmilləşdirilməsinə töhfə verəcək.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NASA: “2024 YR4” asteroidi artıq Yer üçün ciddi təhlükə yaratmır

26-02-2025

“2024 YR4” asteroidi ciddi təhlükə yarada bilər

22-06-2025

NASA Yer kürəsində həyatı məhv edə biləcək asteroidlərin siyahısını dərc edib

24-09-2024

NASA alimləri asteroidə nüvə zərbəsi endirməyi təklif edib

26-09-2025

“Apofis” asteroidi planetimizə düşə bilər

12-09-2024

Çin Yer kürəsini asteroid təhlükəsindən qorumaq üçün mütəxəssis qrupu yaradıb

11-02-2025

NASA asteroidlərin Yerlə toqquşma riskini qiymətləndirib

23-11-2021

NASA: “Xaos Tanrısı” adlı asteroid Yer kürəsinə yaxınlaşacaq

16-04-2026

NASA-dan xəbərdarlıq: Təhlükəli asteroid Yerə doğru hərəkət edir

12-02-2021

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

21-09-2024

NASA əlverişli yaşayış temperaturuna malik planet kəşf edib

05-07-2025

NASA “super-Yer” planeti kəşf edib

16-07-2025

Asteroidlərin izlənməsi üçün kosmosa teleskop buraxılacaq

25-02-2013

“Solar Orbiter” zondu Günəşin cənub qütbünün təsvirini əldə edib

12-06-2025

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

22-03-2025

“Google” yeni süni intellekt modeli yaradıb

14-06-2025

Visa və MasterCard kiberfırıldaqçılıqla mübarizəyə başlayır

17-10-2015

NASA süni intellekt vasitəsilə yeni krater kəşf edib

04-02-2025

NASA yeni superkompüter hazırlayıb

06-09-2019

ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda bilmirlər

18-12-2024

NASA-nın peyk buraxılışı təxirə salınıb

13-11-2025

TESS orbital teleskopu əsas missiyasını başa vurub

12-08-2020

Yupiterin təbii peykində güclü vulkan püskürməsi olub

29-01-2025

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

03-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə