2026-cı ildən mənşə sertifikatları yalnız “E-keyfiyyet” ilə veriləcək

22-12-2025 / 09:56

Gələn il yanvarın 1-dən Azərbaycanda mənşə sertifikatları ilə bağlı müraciətlər yalnız "E-keyfiyyet.gov.az" informasiya sistemi üzərindən qəbul olunacaq.

Xeberler.az Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən məlumat verir ki, bununla əlaqədar, avqust ayından Bakıda və regionlarda ixracla məşğul olan 300-dən çox sahibkarlıq subyekti ilə "Mənşə sertifikatı" alt modulundan istifadəyə dair maarifləndirici görüşlər keçirilib. Nəticədə, ümumi təqdim olunan mənşə sertifikatlarının 83 %-i Keyfiyyət informasiya sistemi üzərindən təmin edilib.

Sahibkarların Keyfiyyət informasiya sistemindən istifadə bacarığının artırılması üçün "Mənşə sertifikatı" alt moduluna dair videotəlimat Dövlət Agentliyinin rəsmi "Youtube" kanalında yerləşdirilib. Həmçinin "e-keyfiyyet.gov.az" informasiya sisteminin "Elektron xidmətlər" bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) "Mənşə sertifikatlarının alınması üçün müraciət" alt bölməsi vasitəsilə də videotəlimatla tanış olmaq mümkündür.

Hazırda mənşə sertifikatlarının əldə olunması üçün müraciətlər həm Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az), həm də İqtisadiyyat Nazirliyinin internet səhifəsi (economy.gov.az) vasitəsilə hibrid formada həyata keçirilir.

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə