“E-keyfiyyet.gov.az”da təqdim edilən xidmətlərdən istifadə məbləği müəyyən olunub

19-12-2025 / 18:26

“E-keyfiyyet.gov.az” Keyfiyyət informasiya sistemi üzərindən təqdim olunan xidmətlərdən istifadə haqqının məbləği müəyyən olunub.

Xeberler.az bildirir ki, bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlara müraciət edib.

Bildirilib ki, Keyfiyyət informasiya sistemi vasitəsilə ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin, ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatların, sınaq laboratoriyalarında aparılmış tədqiqat (sınaq) nəticələrinə dair sənədlərin, ölçmə vasitələrinin üzərinə vurulan yoxlama və kalibrlənmə nişanlarının qeydiyyatının, inspeksiya orqanının rəyinin, xarici mənşəli uyğunluq sənədlərinin tanınması barədə qərarların, ölçmə vasitələrinin yararsızlığı haqqında bildirişlərin, eləcə də ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamələrin yaradılmasına görə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar üçün istifadə haqqı müəyyən edilib.

Qeyd olunub ki, Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 9 dekabr tarixli 382 saylı Qərarı ilə təsdiq edilmiş “Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası” ilə tənzimlənir.

Agentlik akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlara müvafiq Qayda ilə yaxından tanış olmağı tövsiyə edib.

 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə