Milli Depozit Mərkəzi (MDM)“Elektron müraciət sistemi”ni istifadəyə verib.
Xeberler.az məlumat verir ki, məqsəd fiziki və hüquqi şəxslər üçün elektron müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunmasıdır.
Bu sistem vasitəsilə müraciətlərin daha sürətli və rahat şəkildə reallaşdırılması təmin edilib. Müraciət edənlər “Elektron müraciət sistemi”nə https://e-mdm.gov.az/ link vasitəsilə keçid edə bilərlər. “Elektron müraciət sistemi”ndə təqdim olunan məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş rəqəmsal imza vasitələri tətbiq olunub.
Bildirilib ki, sistem eyni zamanda, Milli Depozit Mərkəzinin 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının “Əməliyyat və xidmət effektivliyinin artırılması” hədəfi çərçivəsində rəqəmsallaşma səviyyəsinin artırılması, tam funksional və çevik İT infrastrukturun yaradılması və müştəri mərkəzli yanaşmaya keçid əsasında istifadəyə verilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları