Previous Next
Bağla

21 aprel – Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21-04-2020 17:33
21 aprel – Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21 aprel tarixində qeyd olunan Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü insan fəaliyyətinin müxtəlif sferalarında yaradıcılığın və innovasiyaların rolu nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilib.

Xeberler.az bildirir ki, bu gün hazırda innovasiyaların geniş tətbiq olunduğu ölkəmiz üçün əlamətdar hesab edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə innovasiya infrastrukturu formalaşdırılır. Yüksək texnologiyalar və sənaye parkları yaradılıb, bu parkların rezidentləri üçün güzəştlər tətbiq edilib. İnnovasiya subyektlərinin maliyyə çıxışlarını təmin etmək üçün fondlar fəaliyyət göstərir və innovativ layihələrə qrantlar, güzəştli kreditlər verilir, innovativ sahibkarlıq sürətlə inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli müvafiq Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması ölkə başçısının bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, startapları təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə, o cümlədən vençur maliyyələşməsi vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Eyni zamanda, ölkə başçısının Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında 10 yanvar 2019-cu il Sərəncamı ilə qarşıya mühüm vəzifələr qoyulub. Azərbaycan Respublikasının innovasiya strategiyasının hazırlanması, koordinasiya subyektlərinin idarəetmə orqanlarında innovasiyalar üzrə mütəxəssis olması, koordinasiya subyektlərinin illik mənfəətinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi, işçilərin innovasiya təşəbbüskarlığının və rəqəmli texnologiyalardan istifadə bacarıqlarının təşviq edilməsi kimi mühüm tapşırıqlar verilib.

İnnovasiya təşəbbüskarlığının təbliği, gənclərin bu prosesə aktiv qoşulması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “I2B – İdeyadan Biznesə” layihəsi, “InnoWeek – İnnovasiya həftəsi”, “InnoFest – İnnovasiya festivalı” və müxtəlif yarışlar keçirilir. Bu tədbirlərə ildən-ilə maraq artır. 2019-cu ildə “I2B – İdeyadan Biznesə” layihəsinə 12 regiondan 2000-dən çox iştirakçı – gənclər və tələbələr qatılıb, 153 komanda finala çıxmaq uğrunda mübarizə aparıb.

İnnovasiya yönümlü tədbirlər sırasında “Bakutel” sərgisini də qeyd etmək olar. “Bakutel 2019” 25-ci Yubiley Sərgisində 23 ölkədən 240-a yaxın şirkət iştirak edib. ABŞ, Fransa, İtaliya, BƏƏ, İran, İsrail, Türkiyə, Rusiya, Belarus, Sloveniya, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgiyə qatılıb. 2019-cu ildə xüsusi maraqla qarşılanan sərgiyə qatılan 25 minə yaxın ziyarətçinin 6 min nəfəri uşaq olub. 

“Innofest – İnnovasiya festivalı” Azərbaycan Respublikasında startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə təşkil edilir.

Azərbaycanda ilk dəfə olaraq 29 may – 4 iyun 2019-cu il tarixlərində keçirilmiş “İnnoFest” çərçivəsində təşkil edilmiş Beynəlxalq “Lightest” Forumuna, “ICT innovation and startup ecosystems” seminarına, “EU4 Digital proqramı”nın təqdimatına, “Monex Summit”ə, Gənclər İnternet İdarəçilik Forumuna, “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumuna və III Robot Olimpiadasına ümumilikdə 1500 nəfərdən artıq iştirakçı qatılıb, onlardan 158 nəfərini xarici qonaq təşkil edib. “İnnoFest Village”də iştirak edən 1800-dən artıq ziyarətçidən 300-dən çoxu əcnəbi olub.

Ölkəmizdə 2018-ci ildən keçirilən Beynəlxalq “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunur.

2019-cu ildə keçirilmiş II Beynəlxalq “InnoWeek” çərçivəsində “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalı, “Roboday” sərgisi, 2-ci “Bakı Elektron Ticarət Forumu” (BEF – 2019), “İnnovasiya ekosisteminə siyasi baxış” (Innovation Policy Outlook) mövzusunda “dəyirmi masa”, “Euroasia İnnovation Day”, “Kaspersky Security Day”, “İnnovation Awards Gala” mükafatlandırma mərasimi baş tutub.

“İnnovasiya həftəsi”nə 2800-dən artıq iştirakçı qatılıb, onlardan 220 nəfərdən çoxunu əcnəbilər təşkil edib. 

Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə innovasiya ekosistemi inkişaf edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı – 2019” da Azərbaycan “İnnovasiya yönümlü kompaniyaların artımı” göstəricisinə görə 141 ölkə arasında 21-ci yeri tutub. İnnovasiya yönümlü kompaniyaların sayının artması ölkə iqtisadiyyatının innovativ inkişafında əhəmiyyətli rol oynayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovasiyalar və Texnologiyalar Forumu keçirilib

03-06-2019

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

“World Net Summit” beynəlxalq onlayn konfransında Selcuk Bayraktar çıxış edəcək

18-12-2020

Nazir: Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur

03-11-2020

INNOLAND İlin innovasiya ekosistemi təmsilçisi seçilib

24-10-2019

Bu dövlət qurumları fəaliyyətini dayandırır

29-08-2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiqlənib

23-02-2019

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019

Azerbaijan Digital HUB Eurasia İnnovation Day tədbirində təqdim olunub

24-10-2019

İnnovasiya həftəsi çərçivəsində Eurasia Innovation Day keçirilir

23-10-2019

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020

İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçirilib

23-10-2019

İnnovasiya Mükafatı müsabiqəsində iştirak üçün müraciətlərə başlanıb

08-10-2019

Azərbaycanda "İnnovasiyalar Həftəsi" keçiriləcək

23-09-2020

“Azərbaycan İnnovasiya Mükafatı”nı qazanmaq istəyənlər üçün müraciətlərin qəbuluna başlandı

26-08-2020

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

24-10-2019

Ekspert : Ölkədə innovasiyaların inkişafı üçün yeni mərhələ başlayacaq

07-11-2018

Azercell İlin innovasiya tədbiri nominasiyasında qalib gəlib

25-10-2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

12-10-2021

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

İnnovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

30-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə