Previous Next
Bağla

4DX formatı ilk dəfə CinemaPlus kinoteatrında quraşdırılacaq

20-06-2019 15:27
4DX formatı ilk dəfə CinemaPlus kinoteatrında quraşdırılacaq

Barselonada CineEurope Avropa sərgisində (Barcelona International Convention Centre) kino texnologiyaları üzrə aparıcı CJ 4DPLEX şirkəti və “CinemaPlus” kinoteatrlar şəbəkəsi arasında “Dəniz Mall” ticarət mərkəzində yeni 4DX formatlı texnologiyanın quraşdırılmasına dair müqavilə imzalanıb.

Xeberler.az bildirir ki, Azərbaycan dünyada bu texnologiyanı quraşdırmış sayca 65-ci, MDB-də isə Rusiya, Ukrayna və Belarusdan sonra 4-cü ölkədir. 

CJ 4DPLEX baş ofisi Seulda olmaqla yanaşı, Los-Anceles və Pekində ofisləri olan gələcək nəsil aparıcı texnologiyadır.

CJ 4DPLEX-in baş direktoru Yonq Ryul Kim 4DX-in Azərbaycanda işə düşməsinə dair “CinemaPlus” ilə müqavilə imzalanmasından məmnunluğunu bildirib: "Biz kino strukturunda inqilabi dəyişikliklər olunması üzərində bu cür yaxşı partnyor ilə işlər aparmaqdan çox xoşbəxtik və ümid edirik ki, yaxın illərdə onlar ilə uzunmüddətli əməkdaşlıq quracağıq".

“CinemaPlus”un baş direktoru Cəfər Axundzadə bildirib ki, əsas məqsəd istirahət və insanların sevincidir: "Ümid edirik ki, dostların dəstəyi və əməkdaşlığın möhkəmlənməsi ilə biz hər növbəti günü rəngarəng edə biləcəyik! Ümumiyyətlə, başqa ölkələrdə olduğu kimi, yerli auditoriyamız innovasiyaları, texnoloji təkminləşmələri və yeni növ əyləncələri böyük şövq ilə qarşılayır. Bizim sorğumuz onu göstərdi ki, 4DX-in işə düşəcəyi təqdirdə, tamaşaçılar kinoteatra böyük həvəslə gələcək və istirahətdən parlaq xatirələr əldə edəcəklər. Çünki hər kəs özünü kinonun bir hissəsi kimi hiss etmək istəyir. 4DX-in işə düşməsi bu sahəyə marağı artıracaq və müvafiq olaraq gəlirlərin artmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, 4DX innovativ kinoteatr texnologiyası kəskin süjetli blokbasterləri və qorxu filmlərini hərəkət, fırlanma və kreslodan titrəyişlər, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə vizual effektlərini genişləndirir. Bunun nəticəsində 4DX tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə kino sənayesində ən valehedici formatlardan biri hesab olunur.

Hər bir 4DX zalı məkanda video ilə sinxron olaraq 21 müxtəlif effekt ilə hərəkət edən və filmin nümayişindən maksimal həzz almaq imkanı verən oturacaq yerlərindən ibarətdir. 650-dən çox Hollivud və yerli film 4DX formatında nümayiş olunub. Bu günə qədər dünyanın 65 ölkəsində 649 zalında 75 000 4DX var.

“Dəniz Mall” Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşir. Ticarət mərkəzinin açılışı 2019-cu ilin sonuna gözlənilir. Ticarət mərkəzinin qeyri-adi dizaynı Azərbaycan gerbinin səkkizgüşəli ulduzundan ilhamlanmış londonlu dizayner Çapman Teylor tərəfindən qurulub. “CinemaPlus” kinoteatrı 11 zaldan və 1165 oturacaq yerindən ibarətdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

CinemaPlus-un onlayn radiosu fəaliyyətə başlayıb

25-05-2016

Uber CinemaPlus ilə əməkdaşlığa başlayıb

20-06-2016

Azərbaycanda müasir texnologiya ilə CinemaPlus kinoteatrı açılacaq

15-07-2016

EURO 2016 CinemaPlus-da canlı yayımlanacaq

10-06-2016

Mastercard-la nağdsız Azərbaycana doğru

12-12-2019

Azərbaycan filmləri xarici onlayn kinoteatrlarda təqdim olunacaq

14-11-2017

Virtual reallıq funksiyasına malik ilk kinoteatr

18-02-2017

Pirat hücumları artıb

13-07-2018

Kino qurğularının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək

01-11-2016

Azərbaycan dünyada ilk dəfə mobil Rezidentlik təqdim etdi

24-10-2018

Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

07-09-2010

YouTubenin kino nümayişi lahiyəsinə ilk şərik

13-11-2008

Telman Əliyev 25 il sonra Caspian Energy International Media Group-un sədri vəzifəsinə təyin edilib

13-06-2024

QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

25-10-2018

Azərbaycan filmi nüfuzlu mükafat ala bilər

30-11-2017

LG-nin OLED televizoru ev əyləncəsi sektorunda etalondur

22-11-2019

Azercell dünyanın telekommunikasiya nəhəngi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

02-11-2023

Uber şopinq həvəskarları üçün yeni kampaniya keçirir

01-08-2016

Uber fiziki məhdudiyyətli tələbəyə dəstək olub

11-05-2017

“Binance”: Təhsil müasir rəqəmsal aktivlər və texnologiyalarda çox mühüm rola malikdir

10-09-2024

Fatih Özer: "Azərbaycan regionda rəqəmsal transformasiyanın aparıcı gücü kimi seçilir"

28-10-2025

Türkiyənin daha bir online ticarət platforması Azərbaycanda fəaliyyətə başlaya bilər

11-09-2023

Bakcell-dən İnstagram istifadəçiləri üçün maraqlı müsabiqə

30-07-2018

Azərbaycanda e-ticarət sahəsində ciddi mütəxəssis çatışmazlığı var

16-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə