Previous Next
Bağla

“Binance”: Təhsil müasir rəqəmsal aktivlər və texnologiyalarda çox mühüm rola malikdir

10-09-2024 15:44
“Binance”: Təhsil müasir rəqəmsal aktivlər və texnologiyalarda çox mühüm rola malikdir

“Binance” hazırda təkcə kriptovalyuta sənayesinin deyil, bütövlükdə maliyyənin gələcəyini formalaşdıracaq yeni bizneslərin inkubasiyasını sürətləndirməyin yollarını axtarır.

Xeberler.az bildirir ki, bunu “Chain Reaction 2024” forumu çərçivəsində “Başlanğıcdan innovasiyaya. Kriptovalyuta bazarlarının yolu” adlı paneldə çıxışı zamanı “Binance”nin baş marketinq direktoru Reyçel Konlan deyib.

O əlavə edib: “Biz Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə danışıqlar apardıq və belə qənaətə gəldik ki, müasir rəqəmsal aktivlər və texnologiyalar dünyasında təhsil mühüm rol oynayır. Bu, sadəcə olaraq daha çox insanı bu sahəyə cəlb etməyin bir yolu deyil, həm də onlara bütün lazımi məlumatlara malik olmaqla, bu bazara təhlükəsiz və ağıllı şəkildə necə daxil olmağı başa düşməyə kömək edən bir vasitədir. Təhlükəsizlik və məlumatlılıq istənilən maliyyə bazarında uğurun açarıdır və bu məsələdə rəqəmsal aktivlər də istisna deyil. Əlbəttə ki, hər hansı digər maliyyə məhsulu kimi, kriptovalyutaların ticarəti də risklər və dəyişkənliyi ehtiva edir”.

Onun sözlərinə görə, bu mövzular üzrə müzakirələr son həftələrdə sözügedən sahədə üstünlük təşkil edib.

“Ancaq görməli olduğumuz əsas iş insanlara sakit qalmağı, öz araşdırmalarını aparmağı və nəyə sərmayə qoyduqlarını başa düşməyi öyrətməklə yanaşı, uzunmüddətli ekosistemi qurmaqdır. Məhz bu yanaşma çətinliklərin öhdəsindən gələcək və rəqəmsal aktivlərin həqiqi dəyərini açacaq.

Şirkətdə işlədiyim son iki il ərzində başa düşdüm ki, biz bu bazarın sadəcə iştirakçıları deyilik və bu sahənin əsas aspektlərinin inkişafına rəhbərlik edən lider olmaq məsuliyyətini hiss edirik. İlin əvvəlindən “Binance” 40 milyondan çox yeni istifadəçi cəlb edib ki, bu da bu sektorun inkişafının güclü göstəricisidir. Ümid edirik ki, ilin sonuna qədər bu rəqəmi iki dəfə artıracağıq. Miqyası başa düşmək üçün bir misal çəkim: 200 milyon istifadəçiyə çatmaq üçün bizə yeddi il lazım oldu və yalnız 2024-cü ildə daha 100 milyon nəfər əlavə edə bilərik. Bu, sənayenin uzunmüddətli olacağını bir daha sübut edir. Bundan əlavə, biz uyğunluq və şəffaflıq məsələləri üzərində fəal işləyirik. “Binance”nin 220 nəfərlik marketinq komandası və 1000 nəfərdən ibarət uyğunluq komandası hər gün təhlükəsiz və qorunan blokçeyn ekosistemi yaratmaq istiqamətində işləyir”, - deyə Konlan bildirib.

Onun sözlərinə görə, “Binance” innovasiyaları dəstəkləməyə sadiqdir: “Bizim üçün Web3 məkanında şirkətlərin gələcək nəsillərini inkişaf etdirmək və “BNB Chain” və “Binance Labs” kimi təşəbbüslər vasitəsilə onlara aktiv şəkildə investisiya qoymaq vacibdir. Biz təkcə kriptovalyuta sənayesinin deyil, bütövlükdə maliyyənin gələcəyini formalaşdıracaq yeni bizneslərin inkubasiyasını sürətləndirməyin yollarını axtarmağa davam edirik”.

Baş marketinq direktoru “Binance”nin bu yaxınlarda dünya üzrə 220 milyonu ötmüş istifadəçi bazasında əhəmiyyətli artımı da qeyd edib.

Konlan kriptovalyuta sənayesinin təkcə texnoloji inkişaflarla deyil, həm də institusional investorların artan marağı ilə əsas istiqamətə keçməsinin vacibliyini də vurğulayıb: “Son dövrlərdə baş verən əsas inkişaflar arasında kriptovalyuta ETF-lərinin (birjada satılan fondlar) təsdiqlənməsi də var və bu, ənənəvi maliyyə institutlarından böyük maliyyə axınları üçün qapı açıb. Sənayenin əsas hərəkətvericilərindən biri ikinci səviyyəli həllər və “Polkadot” və “Cosmos” çarpaz zəncirli kommunikasiya platformaları kimi texnoloji yeniliklərdir”.

O, həmçinin rəqəmsal aktivləri öz biznes modellərinə getdikcə daha çox inteqrasiya edən “Apple”, “PayPal” və “Goldman Sachs” kimi ənənəvi maliyyə oyunçuları tərəfindən kriptovalyutanın güclü şəkildə mənimsənilməsinə işarə edib.

“Bazarın böyüməsi ilə yanaşı, bu sahədə ciddi problemlər də var. Bunlara reputasiya riskləri və daha aydın tənzimləmə ehtiyacı daxildir”, –deyə Konlan əlavə edib. (AZƏRTAC)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qırğızıstan dövlət kriptovalyutasını təqdim edib

27-10-2025

Hakerlər 600 milyon dollarlıq kriptovalyuta oğurlayıb

11-08-2021

4SIM “Binance”la Anlaşma Memorandumu imzalayıb

11-09-2024

Azərbaycanda kriptovalyuta üzrə təlimlər keçiriləcək

24-06-2021

Fariz Cəfərov: “4SIM Azerbaijan” süni intellektin böyük dil modellərinin tətbiqi üzərində işləyir

10-09-2024

Azərbaycan rəqəmsal iqtisadiyyat üzrə Qafqazda liderlərə çevrilmək potensialına malikdir

26-12-2024

Blokçeyn texnologiyaları sahəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək

11-09-2024

Bakıda kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək

14-04-2025

Fariz Cəfərov:“TikTok”-da məzmunun monetizasiyası prosesinin vergiyə cəlb edilməsi ilə bağlı danışıqlar aparılır

10-09-2024

Xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrü başa çatıb

06-08-2025

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlarına kriptovalyutalarla bağlı təlim keçirilib

05-07-2023

Qazaxıstanda "CryptoCity" pilot zonası yaradacaq

29-05-2025

Anjelika Layr: "Blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlanmalıdır"

11-09-2024

Kriptovalyuta və virtual aktivlər üçün tənzimləyici sənəd hazırlanır

17-12-2025

4SİM və “Binance” kripto, blokçeyn və veb3 sahəsində təlim keçirib

24-02-2026

Azərbaycanın kriptovalyuta indeksi açıqlanıb

29-10-2025

BƏƏ-də kriptovalyuta ilə daşınmaz əmlak almaq mümkün olacaq

02-09-2025

Azərbaycanda yeni kriptovalyuta istifadəyə verilib

11-01-2025

Fariz Cəfərov: Azərbaycanda “Apple” səlahiyyətli təlim mərkəzi yaradılacaq

05-03-2025

Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?

28-03-2023

“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəlib

14-07-2025

Fatih Özer: "Azərbaycan regionda rəqəmsal transformasiyanın aparıcı gücü kimi seçilir"

28-10-2025

“Blokçeyn Təlim Mərkəzi”ndə “CryptoA2Z” təlim proqramı keçirilib

28-04-2025

AzInTelecom “Chain Reaction 2024” də iştirak edib

12-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə