ABB bizneslər üçün yeni “Çevik” xidmət paketini müştərilərin istifadəsinə verib. “Çevik” paketi biznes sahiblərinə ehtiyaclarına uyğun əməliyyatları seçərək öz paketlərini yaratmağa imkan verir. Bu paketdən faydalanaraq müştərilər gündəlik maliyyə əməliyyatlarını daha sərfəli idarə edə bilərlər. Yaradılan “Çevik” paketi limitləri daxilində yerli və beynəlxalq ödənişlər, əməkhaqqı köçürmələri, nağd vəsaitlərlə əməliyyatlar tam komissiyasızdır.
Bu paketlə biznes sahibləri aşağıdakı xidmətlərdən pulsuz faydalana bilərlər:
Bank hesabının açılması;
Digər bankdaxili köçürmələr;
Ölkədaxili köçürmələr;
Respublikadan kənara köçürmələr;
Hesabdan nağd vəsaitin verilməsi (AZN və ya xarici valyutada);
Bankın kassaları vasitəsilə hesaba nağd vəsaitin qəbulu (AZN və ya xarici valyutada);
Müştərinin digər filialdakı/şöbədəki hesabına nağd vəsaitin qəbulu (AZN və ya xarici valyutada);
Müştərinin bir filialda/şöbədə olan hesablarına köçürmə (AZN və ya xarici valyutada);
Müştərinin digər filialda/şöbədə olan hesabına köçürmə (AZN və ya xarici valyutada);
Əmək haqqı layihəsi çərçivəsində vəsaitin əməkhaqqı kartlarına köçürülməsi;
Bankın alış/satış məzənnəsi ilə aparılan konvertasiya əməliyyatları;
Hesab üzrə çıxarışların verilməsi;
İnternetBankçılıq xidmətinə qoşulma;
İnternetBankçılıq parol kalkulyatorunun əldə edilməsi (açarların sayı bir və ya iki olduqda)
Korporativ və ya biznes kartının verilməsi
Üstəlik, “Çevik” xidmət paketinə indi qoşulan müştərilər 1 iyun 2025-ci il tarixinədək onu 60% endirimlə əldə edəcəklər. Məhsulu buradan sifariş vermək olar.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri