“Abituriyentlər artıq “Abituriyent” jurnalını internetdən də oxuya biləcəklər”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Abituriyent” jurnalının internet səhifəsi açılıb. Bbarədə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, htpp/www.abiturient.az internet səhifəsində jurnalın bütün buraxılışları, tədris və metodiki vəsaitlər, nəşrlər barədə müntəzəm, operativ məlumat almaq mümkündür. Onun sözlərinə görə, istənilən şəxs internetdə jurnaları izləyə bilər və öz kompyuterində çap edə bilər.
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat orqanı olan “Abituriyent” jurnalı abituriyentlər, yuxarı sinif şagirdləri və təhsil işçiləri üçün elmi-metodiki və informatik materialların çap olunduğu rəsmi müntəzəm nəşrdir. Nəşr edildiyi 15 il müddətində ictimaiyyətin maraq və tələbatına uyğun olaraq jurnalın tirajı da ilbəil artıb. Əgər ilk illərdə jurnal, əsasən, respublikanın iri şəhərlərində və bölgə mərkəzlərində yayımlanırdısa, indi o, respublikanın bütün rayonlara çatdırılır. Jurnalın bütün buraxılışlarına ictimaiyyətin dərin maraq göstərməsini nəzərə alan redaksiya onun internet səhifəsinin yaradılması barədə qərar qəbul edib. Abituriyentlər artıq “Abituriyent” jurnalını internetdən də oxuya biləcəklər. Biz inanarıq ki, bu internet saytın yaradılması abituriyentlərə bir az da köməklik edəcək”, - deyə o əlavə edib.