ABŞ “Delta 2” peykini kosmosa göndərib

06-05-2009 / 18:27

Amerikada raketdən müdafiə sistemi proqramı çərçivəsində istifadə ediləcək təcrübi peyk müvəffəqiyyətlə kosmosa göndərilib.

Bu barədə ABŞ Müdafiə Nazirliyindən açıqlama verilib. Raketdən Müdafiə Sistemi Agentliyinin müşaviri Rik Lehner söyləyib ki, “Delta 2” raketi ilə atılan peyk raketlərini təyin edib, izləmək mümkün olacaq.

Bundan başqa, peyk raketlərin hədəf alınması üçün məlumatlar təmin edəcək qəbuledicilərlə təchiz edilib. Hava qüvvələri səlahiyyətliləri peykin göndərildikdən təxminən 1 saat sonra orbitdə olduğunu bildiriblər. SİA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə