ABŞ məhkəməsi “Google” u inhisarçılıqda təqsirli bilib

19-04-2025 / 09:43

ABŞ-ın Virciniya ştatının Şərq Bölgəsi üzrə Dairə Məhkəməsinin hakimi Leoni Brinkema, “Google”un məsuliyyət daşıdığı ilə bağlı qərar qəbul edib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, şirkət onlayn reklam serveri bazarında qəsdən inhisar gücü əldə etmək və saxlamaqda ittiham olunur.

Hakim Brinkema 115 səhifəlik qərarında yazıb ki, “Google” öz müştərilərinə rəqabət əleyhinə üsullar tətbiq etməklə və arzu olunan məhsul xüsusiyyətlərini aradan qaldırmaqla inhisar gücünü daha da möhkəmləndirib. 

“Google” rəsmiləri məhkəmənin digər qərarlarından da apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Qeyd edək ki, “Google”un hüquqi problemləri bununla məhdudlaşmır. Gələn həftə Vaşinqtonda məhkəmə “Google”u “Chrome” brauzerini satmağa və axtarış sistemləri bazarında üstünlüyünü azaltmaq üçün başqa addımlar atmağa məcbur etmək məqsədilə Ədliyyə Nazirliyi qarşısında yeni iddia qaldıracaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə