Previous Next
Bağla

ABŞ qəzetləri böhrandan çıxa bilmir

21-10-2009 17:33
ABŞ qəzetləri böhrandan çıxa bilmir

ABŞ-ın ən böyük qəzet konserni olan \"Ganett\"in gəlirləri 2009-cu ilin III rübündə $73,8 milyon olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 53% azdır.

\"Bloomberg\" bildirir ki, bir qədər əvvəl \"Ganett\" itkiləri və məsrəfləri azaltmaq məqsədilə 1200 əməkdaşını işdən çıxarmış, maaşları azaltmışdı. Bu addımlar konsernə rüblük xərcləri 14% azaltmağa imkan verib.

Restrukturlaşdırma və qənaət proqramları nəticəsində konsernin rüblük gəlirlərinin aşağı düşməsi reklam gəlirlərinin azalmasına rəğmən, təxminlənən səviyyədən az olub. Bir səhmə görə gəlir $0,76-dan $0,44-dək azalıb. Halbuki ekspertlər bir səhmin payına düşən gəlirin $39-42 azalacağını proqnozlaşdırmışdılar. Gəlirlərin 18%-lik azalması da təxminlənən 19%-dən az olub.

Ötən ili \"Ganett\" $1,8 milyardlıq itki ilə başa vurub. O vaxt da konsern 1120 nəfər əməkdaşını ixtisar etmişdi.

Konsern ABŞ-da təxminən 80 qəzetin, o cümlədən bu yaxınlaradək satış lideri sayılan \"USA Today\"ın sahibidir.

Böhranda çapalayan tək \"Ganett\" deyil. \"The New York Times\" qəzeti ilin sonunadək xəbər redaksiyasında 100 nəfəri ixtisar edəcək ki, bu da həmin departamentdə çalışanların 8%-ni təşkil edir.

AFP bildirir ki, qəzetin sahibi \"Times Co.\" media korporasiyası xəbər departamentinin əməkdaşları ilə danışıqların dünən başlandığını bəyan edib. Əməkdaşlara öz ərizələri ilə işdən çıxmağın əvəzində təzminat təklif ediləcək. \"Əgər təklifimizdən yararlanmaq istəyənlərin sayı 100 nəfərdən az olarsa, ixtisarlara əl atmalı olacağıq\", - qəzetin icraçı direktoru Bill Keller bildirib.

Ötən ilin sonunda \"The New York Times\" qəzeti könüllü işdən çıxacaq əməkdaşlarına analoji şəkildə təzminatlar təklif edərək xəbər redaksiyasında çalışanların sayını 1330-dan 1250 nəfərədək azaltmışdı. Bundan başqa, qəzet 2009-cu ilin əvvəlində bütün əməkdaşlarının maaşlarını orta hesabla 5% azaldıb. Qəzetin belə addımlar atmasının səbəbi tirajın azalması və reklama olan tələbatın aşağı düşməsi şəraitində itkiləri minimallaşdırmaq istəyidir. // Ekspress

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“New York Times” -ın saytından istifadə pullu olacaq

05-02-2009

"New York Times" rusca da çıxacaq

18-09-2009

“Nokia” 1800 əməkdaşını ixtisar edib

22-10-2010

Yahoo! mindən çox əməkdaşını ixtisar edəcək

20-10-2008

Google ilin üçüncü rübündə 2,2 milyard dollar qazanıb

19-10-2010

“eBay” internet auksionunun mənfəəti artdı

22-07-2010

Sun şirkəti ştatını ixtisar edir

17-07-2008

Stiv Cobs “İlin adamı” adına layiq görülüb

27-12-2010

Samsung-un mənfəəti 83% faiz artıb

31-07-2010

Ekspress qəzeti internet saytını yenilədi

08-10-2009

"Microsoft" daha 9 min nəfəri işdən çıxaracaq

02-07-2025

Yahoo! ABŞ-da yeni məlumat mərkəzi yaradacaq

27-10-2008

2009-cu ildə mobil telefonların satış həcmi azalacaq – Gartner

26-11-2008

İKT sektorunda çalışanların orta aylıq əmək haqlarında artım müşahidə olunur

16-07-2009

"Apple" şirkəti rekord vurub

23-07-2010

Applenin növbəti uğuru

21-07-2010

Yarımkeçirici mikrosxem bazarının həcmi rekord həcmə çatıb

02-03-2011

Adobe-un rüblük mədaxili ilk dəfə olaraq $1 milyardı keçib

27-12-2010

Google onlayn qəzet arxivi hazırlayır

09-09-2008

Maliyyə böhranı nəticəsində İT-şirkətlərin satış həcmi 170 milyard ABŞ dolları azalacaq

14-10-2008

"Amazon" 30 min iş yerini ixtisar edəcək

28-10-2025

Microsoft, Google və Nokia mənfəətin azalmasını bildirirlər

23-01-2009

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar edəcək

14-03-2025

Nokia-nın mənfəəti 30% azalıb

17-10-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə