Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan www.data.gov.az Açıq Hökumət Məlumatları” portalı MilliNet (Milli İnternet Mükafatı) müsabiqəsində “Elektron hökumət” nominasiyası üzrə birinci yerə layiq görülüb.
MHM-dən Xeberler.az-a verilən məlumata görə, ötən gün keçirilən təqdimat mərasimində bildirilib ki, “www.data.gov.az Açıq Hökumət Məlumatları” portalında 2016-cı ildə 25 məlumat var idisə, cari ildə 650-dən çox xidmət vətəndaşlar üçün əlçatan olub.
Portal sayəsində insanlar onlar üçün faydalı ola biləcək məlumatları rahat əldə edə bilir. Eyni zamanda, portalda dövlət qurumları tərəfindən açıq edilən məlumatlardan faydalanmaqla proqramçılar cəmiyyət üçün faydalı ola biləcək tətbiqlər hazırlayırlar. Məlumat Hesablama Mərkəzi tərəfindən bu yaxınlarda elan edilən “Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiq müsabiqəsi çərçivəsində sosial əhəmiyyətli, funksional 19 mobil tətbiqin hazırlanması buna əyani misaldır.
Qeyd edək ki, təqdim olunan 3 ən uğurlu mobil tətbiq sahibi mükafatlandırılıb. Sözügedən mobil tətbiqlərin hazırlanmasında daha çox Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin Açıq Hökumət Məlumatlarından istifadə edilib.
Bundan əlavə Məlumat Hesablama Mərkəzinin müsabiqəyə təqdim etdiyi “Poçtap” layihəsinin saytı da “Elektron hökumət” nominasiyası üzrə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, MilliNet - Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.
Bu il 18 nominasiya üzrə qaliblər mükafatlandırılıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri