Bağlamaların evə çatdırılması ABŞ-da hər il daha da populyarlaşır. Müvafiq olaraq, oğurluq hallarının sayı da artır.
Kickstarter platformasında bağlamaları oğrulardan qorumaq üçün nəzərdə tutulmuş və barkod skaneri ilə təchiz edilmiş ağıllı qıfıl üçün vəsait toplanması kampaniyasına start verilib.
Xeberler.az xarici mediaya istiadən məlumat verir ki, bu təhlükəsizlik sisteminin ideyası kifayət qədər sadədir: evin divarında asma qıfılla bağlanan taxta sandıq yerləşdirilir.
Kuryer bağlamanı gətirdikdə qıfıla quraşdırılmış skanerə barkodu yaxınlaşdırır.
BoxLock barkoddan informasiyanı oxuyur və İnternetə daxil olaraq, bağlamanın həmin şəxsə göndərildiyini və çatdırılmanın məhz həmin günə təyin edildiyini dəqiqləşdirir. Hər iki meyar uyğun gələrsə, qıfıl avtomatik açılır. Müştərinin mobil telefonuna bu haqda xəbərdarlıq göndərilir. Kuryer bağlamaları sandığa qoyaraq onu qıfılla bağlayır.
Hazırda sistem Amazon, FedEx, UPS və USPS çatdırılma xidmətlərinin proqramlarına uyğundur. Su keçirməyən qıfıl enerji yükləmədən 30 gün işləyir. Ağıllı qıfılı Kickstarter-də 94 dollara əldə etmək olar. Qurğunun bazar qiyməti 129 dollar təşkil edəcək.
Kampaniya kifayət qədər vəsait toplayarsa, qıfıl 2018-ci ilin yay aylarında satışa çıxarılacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri