Kanadalı mütəxəssislərin növbəti layihəsi çarpayının üzərinin örtülməsi prosesini asanlaşdırmağı nəzərdə tutur.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, onların Smartduvet adlı ixtirası istənilən yorğan üçün nəzərdə tutulmuş xüsusi struktur təqdim edir ki, bu da çarpayının üzərini avtomatik örtməyə imkan verir.
Smartduvet dəsti yeşik formasında kiçik nasos, o cümlədən yorğan və yorğanağının arasında yerləşdirilmiş qəfəs şəklində strukturdan ibarətdir.
Kiçik boru yorğanın içi boş olan konstruksiyası ilə nasosu birləşdirir. Bunun sayəsində, nasosun işi zamanı Smartduvet yorğanın daxilində şişir və çarpayının üzərini avtomatik örtür.
Qeyd edək ki, hazırda ağıllı yorğan Kickstarter platformasında maliyələşdirmə mərhələsindədir. Onun ilkin satış qiyməti 290 dollar civarında olacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri