Kickstarter kraudfaundin platformasında sahibinin barmağını qarnitura çevirmək bacarığına malik ağıllı üzük üçün vəsait yığımı üzrə kampaniyaya start verilib.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, kifayət qədər böyük üzükdən ibarət Orii adlı qurğu şəhadət barmağına taxılır və Bluetooth-un köməyi ilə smartfonla sinxronlaşdırılır.
Üzüyün işi sümük keçiricilik qabiliyyətinə əsaslandırılmışdır. Belə ki, zəng daxil olduqda Orii-nin sahibinə barmağını qulağına qoymağı kifayətdir, sonra o həmsöhbətini eşidəcək. Bu halda hətta güclü səs-küy olarsa belə, yaxşı eşidilmə təmin olunur.
Həmçinin Siri və Google Now səs köməkçilərinin xidmətlərindən istifadə etməyə imkan verir. Smartfonu cibdən çıxartmadan, Orii-in iOS və Android üçün nəzərdə tutulmuş proqramının köməyilə üzüyə xəbərdarlıqların göndərilməsini təmin etmək mümkündür. Bildiriş qurğuya inteqrasiya edilmiş LED-indikator vasitəsilə qəbul olunur. Orii-nin avtonom iş vaxtı gözləmə rejimində 45 saat təşkil edir.
Layihə kraudfaundinq platformasında minimum 30 min dollar lazım olduğu halda 135 min ABŞ dolları yığmışdır. Kampaniya avqustun sonuna kimi davam edəcək, Orii-in sifarişçilərə çatdırılmalarına isə 2018-ci ilin fevralında başlanılacaq. Kickstarter-də bir üzüyün dəyəri 119 dollar təşkil edir.
Qeyd edək ki, Orii ilk belə qurğu deyil. Ötən ilin payızında oxşar funksionallığa malik olan Sgnl qolbağının istehsalı üçün Kickstarter-də kifayət qədər məbləğ yığılmışdır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri