Dünyanın ilk ağıllı lampası-FLUXO

15-12-2015 / 12:25

Tətbiq və sensor nəzarəti ilə işləyən dünyanın ilk ağıllı lampası FLUXO işığı bir istiqamətdən digər istiqamətə yönəltməyə imkan verir.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə,  London Design Awards 2015 tərəfindən mükafatlandırılan dünyanın ilk ağıllı lampası istehlakçı ilə görüşmək üçün dəstək gözləyir.

Ən yüksək rəng çevirmə indeksinə malik FLUXO yüksək keyfiyyətli ağ LED işıqlardan istifadə edir.

Bundan əlavə, otaqda digər rənglərdə işıqlandırma üçün qırmızı, yaşıl və mavi rənglərdən də istifadə etmək mümkündür.

60 min saatlıq istifadə olunabilən ağıllı lampa, həm də avtomatik rejimdə  işləyir. Yəni, televizora baxarkən otağı  sizi narahat etməyən normal işıqlandırma ilə təmin edir.

Kickstarter layihəsi olaraq istehlakçı ilə görüşmək üçün FLUXO-ya buradan dəstək ola bilərsiniz.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.