Yanvarın 15-də Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) dəstəyi ilə “AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub.
Xeberler.az məlumat verir ki, Yaradıcı Mərkəzdə təşkil edilən tədbirdə “AI4Art” layihəsi üzrə animasiya, musiqi, kino sənayesi, dizayn və digər yaradıcılıq sahələrində süni intellektin tətbiqinə dair keçirilmiş təlimlərin nəticələri təqdim olunub. Təlim iştirakçıları iki aylıq intensiv hazırlıq mərhələsində ərsəyə gəlmiş işlərini nümayiş ediblər.
Layihənin əsas məqsədi süni intellektin yaradıcı sahələrdə tətbiq imkanlarını göstərmək və iştirakçılara bu texnologiyalardan praktiki şəkildə istifadə etmək bacarıqları qazandırmaq olub. Bu proqram çərçivəsində tələbələr 48 saat ərzində incəsənət, mədəniyyət və gündəlik həyatda süni intellektin tətbiqi yollarını öyrəniblər. Həmçinin təlim iştirakçıları həm yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər, həm də gündəlik həyatda bu biliklərdən necə istifadə edə biləcəklərini praktiki şəkildə mənimsəyiblər.
İştirakçılar tərəfindən hazırlanmış layihələr – süni intellektlə yaradılmış animasiyalar, musiqi kompozisiyaları, dizayn nümunələri və kino layihələri təqdim olunub.
Layihə müddətində iştirakçılar süni intellekt texnologiyalarından istifadə edərək yaradıcılıq sahələrində öz ideyalarını həyata keçirmək imkanı qazanıblar.
“AI4Art” layihəsi çərçivəsində təşkil olunan təlimlər süni intellektin yaradıcı sahələrdəki potensialını araşdırmaq və iştirakçılara bu texnologiyanı peşəkar fəaliyyətlərində tətbiq etmək üçün zəruri bilik və bacarıqları qazandırmağa yönəlib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri