Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası “Women in Cybersecurity Azerbaijan” icması və “Texio Academy”nin birgə təşkilatçılığı ilə keçirilən “Kibertəhlükəsizlikdə qadınlar: karyera və təhsil” tədbirində iştirak edib.
Xeberler.az bildirir ki, tədbirdə İKT sahəsinə marağı olan 100-ə yaxın gənc xanım və sahənin peşəkarları toplaşıb.
Panel sessiyalarında xanımların uğur hekayələri, təqaüd imkanları, könüllülük proqramları və sahənin çağırışları geniş şəkildə müzakirə olunub. AKTA tədbirdə geniş heyətlə iştirak edib. Belə ki, icraçı direktor Rauf Cabarov, kiber diaspora üzvü Elgün Bəxtiyar oğlu və AKTA eksperti Sona Talıbova tədbirdə çıxış edib, gənc xanımlara öz dəyərli tövsiyələrini çatdırıblar.
AKTA kibertəhlükəsizlik sahəsində qadınların sayının artması və daha yüksək uğur qazanmasına öz dəstəyini davam etdirməklə texnologiya sektorunda fəaliyyət göstərən qadın icmaları ilə əməkdaşlığı genişləndirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları