Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının dəstəyi ilə keçirilən “Nasa - Space Apps Challenge” hakatonunun Bakı bölməsinin yarışına start verilib.
Assosiasiyadan Xeberler.az-a bildirilib ki, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı, İnnovasiyalar Mərkəzinin baş sponsorluğu ilə keçirilən hakaton böyük marağa səbəb olub. 114 ölkədən 350 şəhərdə eyni vaxtda keçirilən bu yarışmalar sırasında Bakı hakatonu iştirakçı sayına görə dünya üzrə ilk 10-luqda qərarlaşıb.
Hakatonun açılış tədbirində AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov çıxış edərək, iştirakçıların sayının çox olmasının əlamətdar hadisə olduğunu qeyd edib və gənclərə uğurlar arzulayıb.
Hakatonun qalibləri oktyabrın 11-də elan olunacaq. İki gün keçiriləcək yarışda iştirakçılar müxtəlif innovativ mövzularda öz layihələrini və ya proqram təminatı məhsullarını təqdim edəcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri