Previous Next
Bağla

Aktiv “Asan imza” istifadəçilərinin sayı niyə açıqlanmır?

10-08-2023 09:05
Aktiv “Asan imza” istifadəçilərinin sayı niyə açıqlanmır?
Məlumat verdiyimiz kimi, ötən gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti maraqlı bir məlumat açıqlayıb. Qurum bildirib ki, yarım ildə 200 mindən çox Asan imza sertifikatı verilib.
 
"Dərhal düşündüm ki, bunun ardınca da aktiv “Asan imza” istifadəçilərin sayı görsənəcək, lakin yanılmışam. Bu tip açıqlamalarda yeganə ictimai əhəmiyyət kəsb edən məlumat yalnız aktiv imza istifadəçilərinin sayı ola bilərdi ki, DVX də bunu açıqlamayıb. Güman ki, DVX ehtiyat edib ki, bu açıqlansa biz birdən Yana xanımın Best Solutions şirkətinin gəlirini hesablaya bilərik . Yeri gəlmişkən, biz açıqlaya bilərik bu məlumatı. İndiki məqamda, müəyyən statistikalar və təhlillər, açıq məlumatlar əsasında təxminən 400 min civarında aktiv "Asan imza" istifadəçisinin olduğunu hesablamaq olar",-deyə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz bildirib.
 
Onun açıqlamasına görə, hər ay xarici vətəndaşa məxsus olan "Best Solitions"şirkəti 1 milyon manat bu resursdan gəlir götürür:
 
"Əlbəttə, imzanın texniki-texnoloji və administrativ dəstəklənməsində iştirak edən DVX və mobil operatorların da burada gəlirləri olmamış deyil. Maraqlı tərəfi həm də odur ki, DVX son zamanlar “Asan imza” çevikliyinin və effektivliyinin artırılmasında, onun şəxsi kabinetinin yaradılmasında, “Asan imza”çıların sayının kəskin artmasını göstərməkdə çox aktivləşib. Adətən DVX yuxarıdakı formada məlumatlar açıqlamırdı. Bütün bunlar çox yaxşıdır . Amma problem ondadır ki, bu cür diqqət digər bir dövlət rəqəmsal imzası olan SİMA-ya sərgilənmir".
 
Osman Gündüz bildirib ki, hələlik ölkədə mobil imza bazarında “Asan imza” nın inhisarçılığı hökm sürür:
 
"Elə bir neçə gün öncə bu resursun sistemində yaranan problem ucbatından uzun müddət dövlət və özəl sektorda , kritik infrastruktruda ciddi problemlər yaşandı.
Nədənsə bu imzaya alternativ olacaq, daha əlçatan və daha çevik, daha ucuz olan SİMA rəqəmsal imzasının sahibkarlıq sektoruna, dövlət xidmətlərinə, xüsusilə də vergi xidmətlərinə inteqrasiyası olduqca ləng gedir. Dəfələrlə bu haqda deyilib.
Təəsüfləndirici haldır ki, mən heç hüquqi şəxslərdən danışmıram, hələlik hətta adi fiziki şəxslər, sahibkarlar da vergi xidmətlərini bu imza üzərindən əldə edə bilmirlər.
Ölkədə bütün əsas ictimai əhəmiyyət kəsb edən xidmətlər “Asan imza” üzərində "oturub". Hələlik bu sektorda hökmranlıq “Asan imza” üzərindədir".
 
Ekspert onu da xatırladıb ki, RİNN, DVX indiyədək də açıqlama verməyiblər ki, necə ola bilər ki, bir dövlət sektoru dövlət resursları hesabına, fiziki şəxslər-sahibkarlar üçün SİMA rəqəmsal həllini hazırlayıb, amma digər dövlət xidmətinə inteqrasiya olunmur?
 
"Ümid edək, RİNN SİMA-nın inteqrasiyasına diqqəti gücləndirəcək, hüquqi şəxslər üçün olan versiyanı qısa zamanda aktivləşdirəcək. Həmçinin Dövlət Vergi Xidmətinin hazırda öz sistemlərində apardığı genişmiqyaslı rəqəmsal yenilənmə işlərindən sonra, qısa zamanda, SİMA-ya inteqrasiyanı həm AVİS-də, həm də yaradılması nəzərdə tutulan mobil vergi həllərində də görə biləcəyik"
 
 

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

"Asan imza"nın inhisarçılığı başa çatdı - Osman Gündüz

13-05-2025

"Asan imza"nın inhisarçılığı başa çatmaq üzrədir-ŞƏRH

25-04-2023

"ASAN İmza"nın eniş dövrü başlayıb - Osman Gündüz

11-08-2025

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026

I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-04-2026

Ekspert: SİMA nə zaman populyar olacaq?

17-05-2022

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

16-02-2023

5 ayda 198 minə yaxın "ASAN İmza" sertifikatı verilib

18-06-2025

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025

Osman Gündüz: "Asan imza" yenə çöküb

04-03-2025

“SİMA” Vergi portalının fərdi sahibkar xidmətlərinə inteqrasiya edilib

13-05-2025

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

23-04-2026

Azərbaycanda 5 ayda 150 mindən çox "ASAN İmza" sertifikatı verilib

12-06-2023

Azərbaycanda 7 ayda 221 mindən çox "ASAN İmza" sertifikatı verilib

09-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə