“Amazon” daha 14 min işçisini ixtisar edəcək

23-01-2026 / 17:13

Dünyanın ticarət nəhənglərindən biri – “Amazon” kompaniyası daha bir işçi ixtisarını planlaşdırır.

Xeberler.az “Reuters”ə istinadən məlumat verir ki, bu, təxminən 30 min nəfəri əhatə edən ikinci ixtisardır. “Amazon” ötən ilin oktyabrında da 14 min əməkdaşını işdən çıxarmışdı. Budəfəki ixtisarların internet xidmətləri, pərakəndə satış, “Prime Video” və insan resursları sahələrində aparılması gözlənilir.

Agentlik qeyd edir ki, haqqında söhbət gedən 30 min iş yeri “Amazon”un 1,58 milyon işçisinin yalnız kiçik bir hissəsidir. 2022-ci ildə şirkət təxminən 27 min iş yerini ixtisar etmişdi.

Son vaxtlar dünyanın hər yerində şirkətlər işçi ixtisarlarının tempini sürətləndirib. Məsələn, sentyabr ayında Amerika şirkətlərində çalışan 25 mindən çox insan işsiz qalıb. İlin əvvəlində “UPS” logistika kompaniyası təxminən 50 min nəfərin işdən çıxarıldığını elan edib. Avropada isə işdən çıxarılanların sayı 20 mini ötüb.

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə