Previous Next
Bağla

AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

10-06-2015 21:18
AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

İyunun 9-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda AR Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev, Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsinin rəisi polkovnik Murad Həmidov və professor Tahir Pənahovla görüş keçirilib.

Xəbərlər-in məlumatına əsasən, görüşün məqsədi iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub. Qonaqlar institutun maddi-texniki bazası və burada yaradılmış innovativ şərait, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla yaxından tanış olublar.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev qonaqlara institutun Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verərək 2003-cü ildən AR Prezidenti yanında Ali Attestasiya Komissiyası və AMEA Rəyasət Heyətinin qərarlarına əsasən ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin bu mərkəzdə həyata keçirildiyini qeyd edib. Dərslərin institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən tədris edildiyini qonaqların nəzərinə çatdırıb.

2003-cü ildən indiyədək 14 mindən çox doktorant və dissertanta İnformatika fənninin tədris edildiyini söyləyən R.Əliquliyev burada 2011-ci ildən distant tədris xidmətlərinin göstərildiyini bildirib. Naxçıvan və Gəncədə yaşayan doktorant və dissertantların İnformatika fənni üzrə təşkil edilmiş kursları məsafədən dinlədiklərini və gələcəkdə digər bölgələrdə də Distant Tədris Mərkəzlərinin yaradılmasının planlaşdırıldığını vurğulayıb.

Qonaqlar müasir kompüter, proyektor və elektron lövhələrlə təchiz olunmuş auditoriyalarla, tədrisin keyfiyyətinə nəzarət üçün mərkəzdə quraşdırılmış video-müşahidə sistemi və Distant Tədris Mərkəzi ilə tanış olublar.

Doktorluq imtahanlarının elektron test üsulu ilə həyata keçirildiyini söyləyən R.Əliquliyev bu sistemin imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirib.

Sonra qonaqlar Elektron Kitabxana Mərkəzi və burada oxucular üçün yaradılmış şəraitlə tanış olublar. Akademik Rasim Əliquliyev mərkəzin beynəlxalq standartlara cavab verdiyini, ən müasir texniki avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırıb.

Daha sonra qonaqlara Elmi Tədqiqatlar Mərkəzində faəliyyət göstərən şöbələrin elmi istiqamətləri və İnternet-kafenin fəaliyyəti haqqında məlumat verilib.

Qonaqlar AzScienceNet Elm Kompüter Şəbəkəsinin Verilənlərin Emalı Mərkəzində (Data Center) olublar. R.Əliquliyev bildirdi ki, texniki göstəricilərinə görə beynəlxalq standartlara cavab verən AzScienceNet şəbəkəsi AMEA-nın institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası və dünyanın tanınmış beynəlxalq elmi bazalarından geniş istifadəsinə imkan yaradır.

Onlara həmçinin “İnformasiya texnologiyaları” nəşriyyatının fəaliyyəti, əsasən Yaponiya və Almaniya istehsalı olan genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlər barədə məlumat verilib.

Qonaqlar yüksək texnologiyalar və müasir avadanlıqlarla təchiz olunmuş institutda əməkdaşlar üçün yaradılmış innovativ şəraitin əməkdaşların fəaliyyətinin səmərəliliyi və məhsuldarlığının artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd ediblər.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

Gəncədəki elmi tədqiqatçılar distant formada imtahan verib

27-01-2016

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

Elektron Kitabxana və Elmi Tədqiqatlar Mərkəzlərinin açılışı oldu

04-12-2014

İnformatika fənni üzrə doktorluq imtahanlarına start verilib

15-01-2019

Elmi informatika fənninin yeni proqramı müzakirə edilib

09-04-2015

İnformatika fənni üzrə doktorluq imtahanları başa çatıb

16-07-2016

“Mərkəzdə distant tədris prosesi də həyata keçirilir”

23-12-2016

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016

İnformatika üzrə distant formada doktorluq imtahanları keçirilib

06-07-2017

İnformatika üzrə imtahanlarında qadınlar çoxluq təşkil edib

18-07-2017

Doktorant və dissertantlar informatika fənni üzrə imtahan verir

19-01-2016

“İnformatika. 555 test” kitabı işıq üzü görüb

11-06-2015

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

İnformatika üzrə doktorluq imtahanları keçirilir

20-06-2017

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16-04-2012

Doktoranturaya qəbul test texnologiyaları əsasında keçiriləcək

03-07-2015

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019

Doktorantura imtahanları elektron test üsulu ilə keçiriləcək

15-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə