Previous Next
Bağla

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016 10:04
Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında institutun sektor müdiri Kəmalə Haşımova Multimedia Qalereyasının 2016-cı il üçün fəaliyyət planını təqdim edib.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, sektor müdiri  Multimedia Qalereyasının fəaliyyəti, informasiya təminatı, menecmenti və strukturunun təşkil olunması, maddi-texniki bazasının formalaşdırılması, kadr təminatı, AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilməsi işləri haqqında məlumat verib.

Kəmalə Haşımova bildirib ki, Multimedia Qalereyasının verilənlər bazasının yaradılması və istismarı istiqamətində bazaya foto və video materialların daxil edilməsi və bazada axtarışı üçün formaların hazırlanması, fotomaterialların üzərində dizayn işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Sektor müdiri AMEA-nın rəsmi www.science.az portalı, ElmTV və institutun www.ict.az saytı tərəfindən hazırlanmış materiallların, o cümlədən AMEA-nın institut və təşkilatlarının arxiv, video, audio və foto materiallarının Multimedia Qalereyasının verilənlər bazasına daxil edilməsi istiqamətində görüləcək işlərdən danışıb.

Qeyd edib ki, Multimedia Qalereyasının yüksək texniki göstəriciyə malik olan kompüterlə təmin olunması, böyük həcmli yaddaş tutumuna malik avadanlıqlar və yüksək keyfiyyətli qurğularla təchizi də cari ildə planlaşdırılan işlər sırasındadır.

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev  AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən audio video, və foto məzmunlu multimedia resurslarını özündə əks etdirən Multimedia Qalereyasının akademiyanın elektron arxivi olaraq böyük əhəmiyyətə malik olduğunu söyləyib.

Qalereyanın fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın gücləndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi, burada yerləşdirilmiş məlumatların etibarlı saxlanması və kadr potensialının artırılmasının zəruriliyindən danışıb.  

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015

“Multimedia qalereyalı e-kitabxanaların yaradılması vacibdir”

13-04-2016

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016

AzScienceNet-in maddi-texniki bazası gücləndirilir

20-09-2015

Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

03-02-2017

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016

Viki-Mərkəzin fəaliyyəti müzakirə olunub

26-02-2016

İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

08-06-2020

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

10-06-2015

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015

AzScienceCERT-in maddi-texniki bazası gücləndirilir

22-12-2015

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

AMEA-nın televiziyası fəaliyyətə başlayır

23-11-2015

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə