Previous Next
Bağla

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016 10:28
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2016-cı il üçün fəaliyyət planı müzakirə olunub.

İnstitutdan Xeberler.az-a verilən məlumata görə, TİM-in rəhbəri Rəsmiyyə Mahmudova cari ildə mərkəzdə yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verib.

O, şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi üzrə aparılan elmi araşdırmaların yekunlaşdırılması və vətəndaş təhsilinin fərdlərin informasiya mədəniyyətinin formalaşdırılması vasitəsi kimi analiz edilməsinin nəzərdə tutulduğunu bildirib.

R.Mahmudova təhsil proseslərinin informasiyalaşdırılması problemləri, uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənilməsi, intellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının analizi, internet-asılılıq və digər təhlükələrin müəyyən edilməsi metodları, biometrik ölçmə əsasında internet-asılılığın diaqnostikası üçün yeni metodun işlənilməsi üzrə araşdırmaların davam etdiriləcəyini nəzərə çatdırıb.

TİM-in rəhbəri respublika üzrə doktorant və dissertantlara İnformatika fənninin tədrisi və imtahanların qəbulunun mərkəzin əsas fəaliyyət istiqamətlərindən olduğunu qeyd edərək cari ildə bu istiqamətdə görüləcək işlərdən danışıb. Qeyd edib ki, AMEA-nın institut və təşkilatlarının doktoranturasına fəlsəfə fənni üzrə qəbul və doktorluq imtahanları, institutun doktoranturasına qəbul və ixtisas imtahanları, eləcə də AMEA magistrantları üçün İnformatika fənni və ümumi fənlər üzrə dərs və imtahanların yüksək səviyyədə təşkili işləri həyata keçirilir.

R.Mahmudovanın sözlərinə görə, Naxçıvan MR-da və Gəncə bölgəsində yaşayan doktorant və dissertantlar üçün distant tədris və imtahanlar təşkil edilir. Müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma ilə bağlı işlər davam etdirilir.

O, mərkəzin elmi-innovasiya və praktiki fəaliyyətindən bəhs edərək hər il olduğu kimi, cari ildə də orta məktəb şagirdləri arasında İnformatika Layihələri Olimpiadası və ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasının keçirilməsi ilə əlaqədar görüləcək tədbirlər haqqında məlumat verib.

Beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan R.Mahmudova bildirib ki, “Insafe” (European Safer İnternet Network – Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) təşkilatı ilə əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində işlərin aparılması planlaşdırılır.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. İnformasiya mədəniyyətinin formalaşması problemləri istiqamətində aparılan elmi-tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Akademik uşaqların internetin zərərli təsirlərindən mühafizəsi, internet-asılılıq və digər təhlükələrin qarşısının alınması ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmaların araşdırılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün mövcud texniki üsulların araşdırılması mühüm şərtlərdəndir. R.Əliquliyev biometrik texnologiyaların tətbiqi ilə distant tədrisin keyfiyyətinin yüksəldilməsinin həlli vacib məsələlərdən olduğunu diqqətə çatdırıb. Alim, həmçinin “Testologiya: müasir vəziyyət, problemlər və perspektivlər” mövzusunda elmi araşdırmaların aparılmasını tövsiyə edib.

 Günel 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Uşaqların internetdə təhlükəsizliyi üçün yeni metod hazırlanır

13-02-2017

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019

Gəncədəki elmi tədqiqatçılar distant formada imtahan verib

27-01-2016

İnformatika fənni üzrə doktorluq imtahanlarına start verilib

15-01-2019

Elmi informatika fənninin yeni proqramı müzakirə edilib

09-04-2015

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016

İnformatika fənni üzrə doktorluq imtahanları başa çatıb

16-07-2016

İnformatika üzrə doktorluq imtahanları keçirilir

20-06-2017

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016

Doktorant və dissertantlar informatika fənni üzrə imtahan verir

19-01-2016

İnformasiya Texnologiyaları İnstitutunda yeni veb sayt yaradılır

01-04-2016

İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

22-02-2016

Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

03-02-2017

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

07-07-2017

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə