Previous Next
Bağla

İnformatika üzrə imtahanlarında qadınlar çoxluq təşkil edib

18-07-2017 13:18
İnformatika üzrə imtahanlarında qadınlar çoxluq təşkil edib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başa çatıb.

Tədris-İnnovasiya Mərkəzinin TİM) rəhbəri Rəsmiyyə Mahmudovanın Xeberler.az-a verdiyi məlumata görə, bu sessiyada 285-i doktorant, 371-i dissertant olmaqla 656 nəfər iştirak edib.

Onların 19 faizi fizika-riyaziyyat və texnika elmləri, 18 faizi kimya, biologiya və tibb elmləri, 8 faizi yer, kənd təsərrüfatı və coğrafiya elmləri, 55 faizi isə ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər üzrə ixtisaslaşan doktorant və dissertantlardır.

İmtahanlarda iştirak etmiş tədqiqatçıların 113 nəfəri AMEA-nın, 543 nəfəri isə digər elm və təhsil müəssisələrinin doktorant və dissertantlarıdır. İmtahan verənlərin 35 faizi  kişilər, 65 faizi isə qadınlardır.

2017-ci ilin fevral ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris edilib. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.

Qeyd edək ki, 2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir. AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə aparılır və nəticələr imtahan başa çatan kimi məlum olur. İmtahan prosesinə TİM-də quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət edilir.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformatika fənni üzrə doktorluq imtahanları başa çatıb

16-07-2016

Doktorant və dissertantlar informatika fənni üzrə imtahan verir

19-01-2016

İnformatika fənni üzrə doktorluq imtahanlarına start verilib

15-01-2019

İnformatika üzrə doktorluq imtahanları keçirilir

20-06-2017

Gəncədəki elmi tədqiqatçılar distant formada imtahan verib

27-01-2016

İnformatika üzrə distant formada doktorluq imtahanları keçirilib

06-07-2017

“İnformatika. 555 test” kitabı işıq üzü görüb

11-06-2015

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

Elmi informatika fənninin yeni proqramı müzakirə edilib

09-04-2015

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

İnformasiya Texnologiyaları İnstitutunda yeni veb sayt yaradılır

01-04-2016

Doktorantura imtahanları elektron test üsulu ilə keçiriləcək

15-09-2015

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

Doktoranturaya qəbul imtahanları test texnologiyaları əsasında keçirilib

27-11-2015

AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

10-06-2015

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016

Doktorant və dissertantlara informatikanı tədris edən Mərkəzdən reportaj

22-07-2015

Doktoranturaya qəbul test texnologiyaları əsasında keçiriləcək

03-07-2015

AMEA elektron test sistemi ilə bağlı təlimlərə başlayır

08-04-2017

Doktorantura imtahanlarında İKT-dən geniş istifadə olunacaq

16-11-2015

Beynəlxalq olimpadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib

13-06-2022

İnformasiya Texnologiyaları İnstitutunun təhsil şöbəsinin fəaliyyət planı müzakirə olunub

23-01-2019

Təhsil sistemində proqram təminatı necə qurulub?

02-05-2017

“Mərkəzdə distant tədris prosesi də həyata keçirilir”

23-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə